AĞ Partiyanın seçkilərdə öz namizədi olacaq?
Yusif Nəzərli
05:35 27.12.2023
Siyasət
569
Yaxın günlərdə rəsmi və yekun qərar ictimaiyyətə açıqlanacaq
"AĞ Partiyada 2024-cü ilin fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində iştirak edib-etməməklə bağlı ümumi mövqe mövcuddur". Bu barədə "Sherg.az"a açıqlamasında AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli deyib. Partiya funksioneri deyib ki, ancaq hələlik rəsmi açıqlama verilməyib: "Biz real vəziyyəti yaxşı bilirik və prosesləri düzgün dəyərləndiririk. Prezident seçkisində iştirak etmək üçün nə qədər resursların tələb olunduğunun fərqindəyik. Nəzərə alaq ki, seçki növbədənkənar və qəfil elan olundu. Heç kim bunu gözləmirdi. Partiyalar əsasən parlament və bələdiyyə seçkilərinə, o cümlədən ehtimal edilən referenduma hazırlıq görməyi planlayırdılar. Bütün bunları nəzərə alaraq, yaxın günlərdə rəsmi və yekun qərarımızı ictimaiyyətə açıqlayacağıq. Bir daha qeyd edirəm ki, 2024-cü il seçkilər ili olacaq. Azərbaycandakı siyasi durumun reallığını göz önündə tutsaq, bir müxalif partiyanın qısa aralıqlarla bir neçə mühüm seçkidə iştirakı çox çətindir. Qərarımız da bu yöndə olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda iki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:00 23.04.2026
Ekologiya
ABŞ İran nefti daşıyan tankeri ələ keçirib
16:47 23.04.2026
Dünya
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb
16:46 23.04.2026
Hadisə
“İran xalqı mənim hakimiyyətə gəlməyimi istəyir” - Rza Pəhləvi
16:34 23.04.2026
Gündəm
Metroda qatarların ənənəvi qrafiklə hərəkəti tam bərpa olunub
15:53 23.04.2026
Sosial
"Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdi
14:53 23.04.2026
Futbol
Belqradda Azərbaycanın şahmat pavilyonu açılıb
14:45 23.04.2026
Dünya
Ermənistanda hakimiyyət dəyişsə də MÜHARİBƏ OLMAYACAQ - ANALİZ
14:23 23.04.2026
Gündəm
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
14:04 23.04.2026
Siyasət
Paşinyan Anna ilə barışdı: "Daha bir şansımın olduğuna görə şadam”
13:45 23.04.2026
Gündəm
Nikol Paşinyan: Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq
13:44 23.04.2026
Gündəm
Zaxarova Xəzər dənizində müharibə xəbərdarlığı etdi
13:30 23.04.2026
Gündəm
Nino Tsilosani: Gürcüstan müharibə ilə hədələnir
13:19 23.04.2026
Region