Akar İrəvanı Bakıya görə hədələdi, Çavuşoğlu isə…
Akar İrəvanı Bakıya görə hədələdi, Çavuşoğlu isə…
08:26 07.05.2023
Siyasət
499
Ermənistan növbəti DARMADAĞINla üz-üzə - ŞOK MESAJLAR verildi
“Azərbaycan-Ermənistan danışıqları fonunda Ankara-İrəvan xəttində də gərginlik var. Türkiyə Ermənistan üçün hava məkanını bağlayıb, hətta Paşinyanın Çexiya səfəri zamanı da hava yolu verilməyib. Rəsmi Ankara daha sərt addımların atıla biləcəyi xəbərdarlığını edir”.
Sherg.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı qeyd edib.
Siyasi şərhçinin fikrincə, İrəvanda “Nemesis” adibəsinin qoyulmasından sonra başlanan bu gərginliyin arxasında Türkiyə-Ermənistan münasibətləri ilə yanaşı, Bakı-İrəvan sülh danışıqlarını da əhatə edən nüanslar var:
“Paşinyan bildirir ki, abidənin qoyulmasından xəbərləri yoxdur və bu addım yanlışdır. Erməni baş nazirin yalan danışdığı bəllidir, abidə İrəvan meriyasında hakim komandanın təşəbbüsü ilə qoyulub. Abidənin qoyulması, daha sonra Nikolun bu addımı tənqid etməsi İrəvanın Ankara qarşısında “geri çəkilməsi” kimi görünsə də, əslində bunun erməni ictimai rəyinə hesablanan plan olduğu versiyası istisna deyil. “Nemesis” mirasına hörmətlə “satqın türk” ittihamlarına qarşı “milli xətt”i unutmadıqlarını göstərir, eyni zamanda, belə “milli xətt”in davam etdirilməsinin ziyan gətirdiyini də nümayiş etdirirlər – hava məkanının bağlanması.
Türkiyənin cavab tədbirləri isə təkcə “Nemesis” abidəsinə görə erməniləri “ağıllandırmaq” yox, həm də sülh danışıqlarında prosesi dalana dirəyən İrəvana xəbərdarlıq etməyə hesablanıb. Bunu həm diplomatik, həm də hərbi dillə izah edirlər. Çavuşoğlunun “Nemesis”lə bağlı açıqlamasında İrəvana “Bakı ilə razılaşmayacaqları təqdirdə, Ankara ilə də əlaqə mümkün deyil” mesajı, Hulusi Akarın “Qafqaz regionu: sülh və barışıq üçün unikal imkan” adlı məqaləsində isə “sülh sazişinin imzalanmamasının hərbi addımlara zərurət yarada biləcəyi” mesajı var idi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təsdiqləyib
21:48 23.07.2026
Dünya
Cəbrayılda mina partladı: xəsarət alan var
21:12 23.07.2026
Hadisə
Xankəndidə kafedə yanğın olub, iki nəfər xəsarət alıb
20:55 23.07.2026
Hadisə
Tramp: İrana qarşı əvvəlkindən daha böyük hücum planlaşdırıram
20:41 23.07.2026
Dünya
İranın "Türkiyə möhkəm dayandı" mesajının şifrəsi - TƏHLİL
20:26 23.07.2026
Gündəm
Tramp İrana yeni hücumun anonsunu verdi - ANALİZ
20:21 23.07.2026
Gündəm
İran rejimi daxildən dağılma mərhələsinə daxil olub - Analitik
19:43 23.07.2026
Gündəm
Əraqçi Qırğızıstana yollanıb
19:20 23.07.2026
Dünya
Avropada benzinin qiyməti qalxdı
19:03 23.07.2026
İqtisadiyyat
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
18:55 23.07.2026
İnfrastruktur
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region