
Analitik: Əvvəl molla rejimi özünü dəyişməlidir
Yusif Nəzərli
04:05 19.09.2024
Siyasət
549
Yoxsa Pezeşkianın “sərhədsiz müsəlman dünyası” ideyasının gerçəyə çevrilməsi mümkünsüzdür
İranın yeni Prezidenti Məsud Pezeşkian sentyabrın 16-da Tehranda keçirdiyi ilk geniş mətbuat konfransında yerli və xarici jurnalistlərin suallarını cavablandırarkən Türkiyənin dost və qardaş ölkə olduğunu bildirib və yaxın vaxtlarda Türkiyəyə səfər edəcəyini bəyan edib. Ancaq bu da maraqlıdır ki, Pezeşkian prezident seçiləndən sonra ilk xarici səfərini “dost və qardaş ölkə” adlandırdığı Türkiyəyə deyil, İraqa edib. Görünən budur ki, İranın yeni prezidentinin öncəlik verdiyi ölkələrin sırasında Türkiyə yox, İraq birinci yerdə gəlir.
Siyasi şərhçi Bəybala Mirzəyev "Sherg.az"a bildirib ki, xarici diplomatiyada prioritet olaraq qonşu dövlətlərlə əlaqələrin gücləndirilməsini vacib sayan Pezeşkian İraqa səfərini birgə layihələrin həyata keçirilməsi ilə əlaqələndirib. Ekspertin sözlərinə görə, o, eyni əməkdaşlığı digər qonşu ölkələrlə də edə biləcəklərini deyib:

“Pezeşkian deyib ki, İraqla birgə layihələr həyata keçirmək qərarına gəlib. Eyni əməkdaşlığı Pakistan, Azərbaycan, Türkiyə və digər qonşu ölkələrlə də edə biləcəyini bildirib. Pezeşkian həmçinin İranla müsəlman qonşuları arasındakı sərhədlərin aradan qaldırılması təklifi ilə çıxış edib. Sözün açığı, bu ideya ilk baxışdan kifayət qədər cəlbedici və orijinal təklif təəssüratı bağışlayır. İran prezidenti bu ideyasını belə əsaslandırıb: “Bu ideya milli təhlükəsizlik və sərhədlərə məhəl qoymamaq demək deyil, ancaq səyahəti asanlaşdırır, konsensusu gücləndirir, ümumi bazarların yaradılmasına gətirib çıxarır. Müsəlmanların hüquqlarını müdafiə etmək üçün birləşməliyik. Müharibə və həddindən artıq ambisiyaları bir kənara qoysaq, bir yerdə ola bilərik və bütün müsəlmanlar bir cəmiyyətdə ola bilər”. Görəsən, ilk növbədə İranın özü “müharibə və həddindən artıq ambisiyaları bir kənara qoya” biləcəkmi? Molla rejimi yeni prezidentin təklifinə isti yanaşaraq, İranın bütün Yaxın və Orta Şərqi hörümçək toru kimi bürümüş proksi qüvvələrindən, terror çətələrindən imtina edə biləcəkmi? Bu suallara nikbin cavab vermək həddindən artıq çətin məsələdir. Molla rejiminin özünü dəyişməsi, yeniləməsi baş vermədən, Pezeşkianın Avropa Birliyinə (Şengen ölkələrinə) bənzər “sərhədsiz müsəlman dünyası” ideyasının gerçəyə çevrilməsi mümkünsüzdür. Bir məqama da toxunum. Pezeşkianın ilk mətbuat konfransındakı arxa fondakı bilbordun fəlsəfəsi onu göstərir ki, molla rejimi özünü “format” etməyə və ənənəvi siyasətindən əl çəkməyə elə də tələsmir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm
Günə enerjili başlamaq üçün 9 səhər vərdişi
17:16 13.10.2026
Sağlamlıq
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil