Analitik: Rusiya Cənubi Qafqazdan çıxan deyil
Analitik: Rusiya Cənubi Qafqazdan çıxan deyil
10:27 18.01.2024
Siyasət
414
Ruben Safrastyanın dediklərinə yox, faktlara əsaslanmaq lazımdır
Rusiyanın Cənubi Qafqazdan çıxması ilə bağlı fikirlər həqiqətdən uzaqdır.
Bu barədə danışan erməni şərqşünas Ruben Safrastyan deyib ki, Rusiya regionu tərk etmir, lakin mövcudluq formasını dəyişmək mərhələsindədir: “Kreml özünü həm Ermənistan, həm də Azərbaycandan bərabər məsafədə saxlamağa çalışır. Moskva Bakını özünün müttəfiqi hesab edir. Bəzi hallarda isə müttəfiq kimi Azərbaycana üstünlük verir. Bunlar Rusiyanın regiondakı siyasətinin reallıqlarıdır”. Ekspert Ermənistan hakimiyyətinin Rusiya əleyhinə atdığı addımları qeyri-ciddi hesab edib: “Bunlar anti-Rusiya baxımından ciddi addımlar deyil. Rusiyadan asılılıq ciddi olaraq qalır. Doğrudan da, ciddi anti-Rusiya addımları atılsaydı, bu, dərhal ölkəmizdə vəziyyətin ciddi şəkildə destabilləşməsinə gətirib çıxarardı”. Safrastyan qeyd edib ki, real ciddi anti-Rusiya addımı Ermənistanın KTMT-dən, eləcə də, Rusiya hərbi bazasının İrəvandan çıxarılması prosesi olar.
Politoloq İlqar Vəlizadə də “Sherg.az”a açıqlamasında deyib ki, Rusiya Cənubi Qafqazdan çıxan deyil:
“Ruben Safrastyanın dediklərinə yox, faktlara əsaslanmaq lazımdır. Əvvəla onu deyim ki, Rusiyanın Cənubi Qafqaza təsir imkanlarından danışan zaman Azərbaycan istisna olunur. Rusiya ilə rəsmi Bakının münasibətləri digər Cənubi Qafqaz ölkələrinə münasibətindən fərqlidir. Azərbaycan regionun müstəqil və suveren ölkəsidir və ərazi bütövlüyünü bərpa edib. Ərazilərimizdə qalan rus sülhməramlıları da Üçtərəfli bəyanatda razılaşdırılan müddətdə çıxıb gedəcəklər. Digər ölkələrdə isə Rusiyanın hər bir mövcudluğu öz aktuallığını qoruyur. Faktiki olaraq Şimali Abxaziya və Cənubi Osetiya Rusiyanın nəzarətindədir, ərazidə Rusiyanın hərbi bazaları var. O cümlədən də Ermənistandakı hərbi baza qalır və Ermənistanın qonşu ölkələrlə sərhədlərini Rusiya sərhədçiləri müdafiə edir. Ermənistanın və Gürcüstanın iqtisadiyyatının Rusiyadan asılılığı var. Rusiya Azərbaycanın ticarət partnyorlarından biri olsa da, fövqəl asılılığımız yoxdur. Ermənistanın iqtisadi aktivləri isə birbaşa Rusiyanın əlindədir. İxracatın yarısı Rusiya bazarlarına gedir. Gürcüstanın isə əsas ixrac bazarı Rusiyadır. Rusiyanın Cənubi Qafqazdakı mövcudluğu da məhz bu meyarlarla ölçülür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual