AŞPA müəyyən güc mərkəzlərinin təsiri altındadır - RƏY
05:11 11.09.2025
Siyasət
613
Təşkilatın hazırkı siyasəti onun artıq iflasa uğradığını sübut edir
Milli Məclisin komitə sədri AŞPA ilə "qapı"nı Azərbaycanın bağlamadığını, ölkənin bütün təşkilatlarla əməkdaşlığa hazır olduğunu bildirib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov həmçinin qeyd edib ki, Azərbaycana qarşı olan qüvvələr elə addım atdılar ki, AŞPA-da nümayəndə heyəti fəaliyyətini dayandırmalı oldu: "Biz mövqeyimizi açıq şəkildə göstərmişik. Azərbaycana qarşı olan qüvvələrlə əməkdaşlıq etməyəcəyik. AŞPA başa düşməlidir ki, Azərbaycan başqa reallıqdadır. Onlar obyektiv həqiqəti qəbul etməlidirlər".
Azərbaycanın Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə münasibətlərində uzun müddətdir gərginlik olduğunu xatırladan millət vəkili,
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə isə Sherg.az-a açıqlamasında qeyd edib ki, bu gərginliyin kökündə Azərbaycanı sevməyən, öz mövqelərini siyasi korrupsiya üzərində quran və açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirən siyasətçilərin fəaliyyəti dayanır:
“Onların məqsədi Azərbaycanın imicini zədələmək, ölkəni Avropa institutlarından təcrid etmək və enerji layihələri sahəsində təsir imkanlarını zəiflətməkdir. AŞPA-nın hazırkı siyasəti onun artıq iflasa uğradığını sübut edir. Çünki əslində, demokratik dəyərləri müdafiə etməli olan qurum müəyyən güc mərkəzlərinin təsiri altında fəaliyyət göstərir. Azərbaycanın Avropa ilə enerji əməkdaşlığından narahat olan dairələr, xüsusilə də "Qazprom" lobbiləri, AŞPA daxilində şəbəkələr formalaşdıraraq qərarların obyektivliyini şübhə altına alırlar. Bu siyasətin arxasında isə "KQB" (keçmiş "KQB" strukturları və onların Avropada yerləşdirdiyi təsir agentləri) dayanır. Onlar Azərbaycanın Avropa bazarına çıxışını, xüsusilə də Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələrini zəiflətməyə çalışırlar. Çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş rolunu oynayır və bu, Rusiya monopoliyasını ciddi şəkildə sarsıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya