“Azərbaycan beynəlxalq təşkilatlarla əlaqəsini gücləndirməlidir”
Banuçiçək Kalbalıyeva
15:51 21.05.2020
Siyasət
1111
“Belə olan halda təcavüzkarlara qarşı daha ciddi mübarizə apara biləcəyik”
“Təkcə BMT-yə yox, digər beynəlxalq təsisatlara da belə sənədlər göndərilməli, müraciətlərin sayı çoxalmalıdır”
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin qurumun baş katibi Antonio Quterreşə Şuşanın işğalının 28-ci ildönümü ilə bağlı ünvanladığı məktub BMT-nin rəsmi sənədi kimi yayılıb.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter” səhifəsində yazıb.
Onun sözlərinə görə, məktubda Ermənistan silahlı qüvvələrinin 1992-ci ilin mayın 8-də Azərbaycanın Şuşa şəhərini işğal etdiyi diqqətə çatdırılıb. Həmin məktub BMT Baş Assambleyasının sənədi kimi dərc edilib.
Bu barədə “Sherg.az”a fikirlərini bildirən Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə beynəlxalq qurumların hüququn aliliyini tanıdığını diqqətə çatdırdı:
“Ermənistan beynəlxalq qurumların, o cümlədən BMT-in, ATƏT-in qəbul etdiyi sənədlərin tələblərini sərt şəkildə pozur. Azərbaycan isə, əksinə, bütün addımlarını qayda-qanun çərçivəsində atır. Ölkəmiz bundan sonra da beynəlxalq təşkilatlarla əlaqəsini gücləndirməli, onların diqqətini çəkməlidir. Belə olan halda təcavüzkarlara qarşı daha ciddi mübarizə apara biləcəyik. Əlbəttə, biz sülh tərəfdarıyıq. Amma düşmən bununla razılaşmır. Gələcəkdə təkcə BMT-yə yox, digər beynəlxalq təsisatlara da belə sənədlər göndərilməli, müraciətlərin sayı çoxalmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İspaniya kralı Seutadakı hadisələrə etirazını bildirib
22:59 01.08.2026
Gündəm
Rusiya 152 Ukrayna PUA-sını ələ keçirdi
22:41 01.08.2026
Dünya
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol
İraq Türkiyə vasitəsilə neft ixracını artırmaq niyyətindədir
19:28 01.08.2026
Dünya
Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
19:07 01.08.2026
Dünya
Rusiya bu kəndləri də işğal etdi
18:51 01.08.2026
Dünya
"Trabzonspor"dan Salaha 17 milyon avroluq təklif
18:31 01.08.2026
Futbol
İtaliyada zəlzələ nəticəsində xəsarət alanların sayı 26-ya çatıb
18:13 01.08.2026
Dünya