
Azərbaycan-Çin münasibətləri dinamik xətlə inkişaf edib - Analiz
13:26 23.07.2025
Siyasət
693
Çin son illərdə dünyanın ən güclü ölkələrindən birinə çevrilib. Avrasiya regionunda Çinin böyük siyasi və iqtisadi rolu var. Azərbaycanla Çin arasında da strateji tərəfdaşlıq möhkəmlənir və ticarət, enerji, nəqliyyat kimi sahələrdə birgə işlər aparılır. Viza rejiminin ləğvi əlaqələrin yaxınlığını göstərir. Həmçinin, Azərbaycanla Çin arasında böyük nəqliyyat layihələri üzərində əməkdaşlıq gedir.
Prezident İlham Əliyev də III Şuşa Qlobal Media Formunda Çin ilə əməkdaşllğımızın önəmindən və perspektivindən söz açıb:
Mövzu ilə bağlı politoloq Sultan Zahidov Sherg.az-a açıqlama verib:

"Çin bu gün dünyanın qlobal güclərindən biridir. O, ümumdaxili məhsuluna, iqtisadi inkişaf tempinə görə dünyada ikinci yerdədir. Rəsmi Pekin dünyanın fərqli regionlarında siyasi, iqtisadi nüfuz sahibidir. Avrasiya məkanında Çinin iqtisadi potensialı, nəqliyyat-logistika imkanları, siyasi nüfuzu inkar edilməzdir. Azərbaycan da bu reallığı nəzərə alan bir ölkədir. Azərbaycanla Çin arasında münasibətlər müstəqillikdən bu günə kimi dinamik xəttlə inkişaf edib. İki ölkə arasında bir neçə ay öncə ölkə başçısının Pekinə səfəri ilə hər tərəfli strateji tərəfdaşlıq razılaşması imzalandı. Bu bir il əvvəl imzalanmış strateji tərəfdaşlıq sazişinin davamı və eyni zamanda iki ölkə arası münasibətlərin daha da dərinləşməsi kimi nəzərdən keçirilməlidir".
Politoloq Azərbaycan və Çinin ticarət, nəqliyyat, enerji sektoru, texnologiyalar, rəqəmsal, yaşıl iqtisadiyyat və digər sahələrdə əməkdaşlıq etdiyinə diqqət çəkib:
"Bu yaxınlarda iki ölkə arasında viza rejiminin ləğv edilməsi Azərbaycan-Çin münasibətlərinin ən yüksək səviyyədə olmasına dəlalət edir. Aprel ayında imzalanan hər tərəfli strareji tərəfdaşlıq sazişində qeyd olunur ki, orta dəhlizin və Çinin irəli sürdüyü "Bir kəmər və bir yol" layihələrinin inteqrasiyası məsələsi də nəzərdən keçiriləcək. Azərbaycanın önəmli parçası olduğu orta dəhliz Çinin "bir kəmər bir yol" layihəsinə tam inteqrasiya olunarsa bu Avrasiyanın nəqliyyat infrastrukturunun şəbəkəsinin inkişafına böyük töhfə verər".
Ekspert Zəngəzur dəhlizi məsələsinədə toxunub:
"Zəngəzur dəhlizi də Orta dəhlizin vacib elementinə çevrilmək potensialına malikdir. Bu səbəbdən də Çin bu dəhlizin açılmasına xüsusi maraq göstərə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya