Azərbaycan-Ermənistan şərti sərhədinin dəyişməsi həmişə aktualdır - RƏY
Yusif Nəzərli
21:38 23.09.2024
Siyasət
547
"Prezident İlham Əliyev Milli Məclisdə çıxışı zamanı sərhədin müdafiəsinin gücləndirilməsini növbəti vəzifə olaraq qeyd etdi. Sərhədin möhkəmləndirilməsini zəruri edən birdən çox səbəb mövcuddur".
Sherg.az xəbər verir ki, bu haqda siyasi şərhçi Asif Nərimanlı bildirib. Onun sözlərinə görə, birinci səbəbi texniki olaraq qiymətləndirmək olar:
"Qarabağın azad edilməsindən sonra Ermənistanla uzunluğu 500 kilometr olan şərti sərhəddə ordumuzun mövqeləri gücləndirilməli, yeni mühəndislik işləri aparılmalıdır. Dağ relyefi görülməli olan işləri ikiqat çətinləşdirir".
A. Nərimanlının qeyd edir ki, ikinci səbəb kimi Ermənistanın mümkün təxribat hücumlarıdır. Hazırda İrəvana Avropadan tutmuş Hindistana qədər müxtəlif ölkələrdən silah partiyaları axır. Bununla yanaşı, Ermənistan ordusunun gücləndirilməsi istiqamətində ABŞ da daxil olmaqla bir sıra ölkələr yaxından iştirak edir.:
"Cəsarətlənən İrəvanın sərhəddə üstünlük qazanmaq, eləcə də maraqlarına uyğun olmadığını hesab etdiyi danışıqlar gündəliyini dəyişdirmək və Qərbin kollektiv dəstəyini əldə etmək üçün eskalasiyanın yaradılması məqsədilə təxribatlar törədə biləcəyi mümkün perspektivdir".
Siyasi şərhçiyə görə üçüncü səbəb odur ki, Qərbi Zəngəzur ABŞ, Avropa, Rusiya və İran, hətta Çinin də maraqlarının toqquşduğu geosiyasi hesablaşma poliqonuna çevrilir. Və bəllidir ki, bu hesablaşma məhz Azərbaycan-Ermənistan sərhədində mümkün toqquşmaları şərtləndirə bilər.
Və bütün bunların fonunda Azərbaycan-Ermənistan şərti sərhədinin dəyişməsi – sərhəd xəttinin Qərbi Zəngəzurun dərinliklərinə doğru çəkilməsi perspektivi də həmişə aktualdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp: Bəlkə də, Əli Xameneini öldürməməli idik
16:37 13.10.2026
Gündəm
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm