Azərbaycan və Gürcüstan spikerləri görüşdü
Yusif Nəzərli
16:47 16.05.2023
Siyasət
349
Milli Məclisin sədri Sahibə Qafarova mayın 16-da ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.
Milli Məclisdən Bakupost.az -a verilən xəbərə görə, Gürcüstan parlamentinin sədrini salamlayan Sahibə Qafarova, ölkəmizə rəsmi səfəri çərçivəsində Milli Məclisin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştiraka və tədbirdəki səmimi çıxışına görə həmkarına təşəkkürünü bildirib.
Milli Məclisin sədri qonşu və dost ölkələr olan Azərbaycan və Gürcüstan arasında münasibətlərin tarixi köklərə əsaslandığını diqqətə çatdırıb. O, deyib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dostluq münasibətlərimiz müstəqillik dövründə daha da inkişaf edib və bu əlaqələr hər iki ölkə liderləri tərəfindən davam etdirilir. Bu gün ölkələrimiz iqtisadi, siyasi, humanitar və digər sahələrdə uğurla əməkdaşlıq edir. Birgə neft, qaz və nəqliyyat layihələri ölkələrimiz arasında güclü tərəfdaşlıqdan xəbər verir.
Spiker Sahibə Qafarova Azərbaycan prezidentinin Gürcüstana səfəri, Gürcüstanın Baş nazirinin isə Azərbaycana səfərlərinin əhəmiyyətini qeyd edərək, bu səfərlər zamanı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi ilə əlaqədar çox ətraflı müzakirələrin aparıldığını vurğulayıb.
İki ölkənin parlamentlərarası münasibətlərinə toxunan spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, qanunvericilik orqanlarımız arasında çox səmərəli əməkdaşlıq mövcuddur. Azərbaycan və Gürcüstan münasibətlərinin inkişafında parlamentlərimiz özünəməxsus rola malikdirlər. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qrupları uğurla fəaliyyət göstərir və milli nümayəndə heyətlərimiz beynəlxalq parlament təşkilatlarında sıx əməkdaşlıq edirlər. Ali qanunvericilik orqanlarının komitələri arasında münasibətləri daha da dərinləşdirmək üçün geniş imkanlar var və bu sahədə addımlar atılır.
Görüşdə Sahibə Qafarova Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq münasibətlərinin bu gün regionda bir nümunə olduğunu, sülhə, sabitliyə, tərəqqiyə töhfə verdiyini diqqətə çatdırıb. Milli Məclisin sədri həmçinin nregionda gedən proseslər, Azərbaycanın sülh istiqamətindəki səyləri haqqında da məlumat verib.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Milli Məclisin sədrini salamlayaraq, qonşu və dost ölkə olan Azərbaycana səfərə dəvətə görə təşəkkürünü bildirib. O, Milli Məclisin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirakdan məmnunluğunu bildirib. Şalva Papuaşvili Heydər Əliyevin müasir müstəqil Azərbaycanın əsasını qoyduğunu qeyd edərək, Azərbaycanın bu gün öz ərazi bütövlüyünü təmin etməsinin onun müdrikliyinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Qonaq bildirib ki, Heydər Əliyev təkcə Azərbaycan üçün deyil, həm də region üçün dəyərli şəxsiyyət idi. Onun əsasını qoyduğu layihələr bu gün öz bəhrələrini verməkdədir.
Söhbət zamanı Gürcüstan spikeri Azərbaycana rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlərdən razılıqla danışıb, parlamentlərimiz arasında əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüb.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region
Zelenski ABŞ-yə dəvət olunduğunu açıqladı
16:50 23.07.2026
Dünya
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:49 23.07.2026
Gündəm
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:35 23.07.2026
Dünya
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - ŞƏRH
16:30 23.07.2026
Gündəm
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
15:51 23.07.2026
Dünya
Saakaşvili: Yeni plan qurulub, Gürcüstanda fəlakət qopacaq
15:24 23.07.2026
Gündəm
Azərbaycan və Çin Xəzərdə külək enerjisi layihəsini müzakirə edib
15:08 23.07.2026
Aktual
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub
14:57 23.07.2026
Mədəniyyət
Səhhəti pisləşən Ermənistan Prezidentinin son durumu açıqlandı
14:42 23.07.2026
Region
Aİ "Google"u 890 milyon avro cərimələyib
14:40 23.07.2026
Gündəm