Azərbaycanda strateji əhəmiyyətli malların monitorinqi aparılacaq
08:37 19.12.2024
Siyasət
306
Strateji əhəmiyyətli malların monitorinqi qaydası və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarları təsdiqlənib.
Nazirlər Kabineti bu barədə qərar verib.
Bu Qayda strateji əhəmiyyətli malların monitorinqinin həyata keçirilməsinin təşkilati və hüquqi əsaslarını, qaydasını, həmçinin həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin meyarlarını müəyyən edir. Strateji əhəmiyyətli malların monitorinqi dövlət ehtiyatları üzrə məsul orqan - Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi tərəfindən həyata keçirilir.
Monitorinqin məqsədi ölkənin strateji əhəmiyyətli mallarla təchizat dayanıqlığının təmin edilməsi üzrə vəziyyətin öyrənilməsi və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin qarşısının alınması istiqamətində tədbirlər görülməsinin zəruriliyinin qiymətləndirilməsidir.
Monitorinq özündə aşağıdakıları ehtiva edir:
- strateji əhəmiyyətli malların mövcudluğu və hərəkəti barədə məlumatların əldə edilməsi;
- strateji əhəmiyyətli mallarla təchizatın dayanıqlığına təhlükə yaradan faktorların müəyyən edilməsi və qiymətləndirilməsi;
- strateji əhəmiyyətli malların həcminin müntəzəm izlənilməsi;
- strateji əhəmiyyətli malların həcminin azalması ehtimalı yarandıqda bu malların həcminin nəzarətdə saxlanılması.
Monitorinq aşağıdakı məlumatlar əsasında aparılır:
- Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatları;
- internet resurslarından və mediadan əldə edilən məlumatlar;
- bazar iştirakçılarından əldə edilən məlumatlar.
Bazar iştirakçıları tərəfindən təmin edilən strateji əhəmiyyətli mallar üzrə monitorinq, həmin mallar üzrə bazar iştirakçıları tərəfindən təmin edilən malların ən azı 90 (doxsan) faizini təmin edən bazar iştirakçılarını əhatə edir.
Monitorinq strateji əhəmiyyətli malların siyahısına daxil edilmiş hər bir mal üzrə ayda 1 (bir) dəfə 5 (beş) gün müddətində həyata keçirilir. Strateji əhəmiyyətli malların pərakəndə satış qiymətlərində kəskin qiymət dəyişməsi baş verdikdə növbədənkənar monitorinq həyata keçirilir. Monitorinqin həyata keçirilməsi məqsədilə Agentlik tərəfindən mütəxəssislər dəvət oluna bilərlər. Monitorinqin nəticələrinə əsasən strateji əhəmiyyətli mallarla təchizat dayanıqlığının pozulması və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsi ehtimalına dair arayış Agentlik tərəfindən tərtib edilir və hər ayın 15-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.
Strateji əhəmiyyətli mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsi aşağıdakı meyarların hər birinə uyğun olmalıdır:
- pərakəndə satış qiymətinin son 10 (on) gün müddətində 10 (on) faizdən çox dəyişməsi;
- qiymət dəyişməsinin 1 (bir) aydan çox olmayan müddətdə davam etməsi ehtimalı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Seltik" Kamilo Duranı "Qarabağ"dan 6,4 milyon avroya alır
20:49 07.07.2026
Futbol
Monako partlayışı: Əsas şübhəli Ukraynada ölü tapıldı
20:28 07.07.2026
Dünya
Tramp Ankarada açıqladı: Bu adaya biz nəzarət etməliyik!
20:14 07.07.2026
Dünya
Turanın rəqəmsal yaddaşı qurulur
20:14 07.07.2026
Texnologiya
"Toyota" Meksikadan ABŞ-yə köçür
20:07 07.07.2026
Dünya
Qaqik Tsarukyan iki aylıq həbs edilib
19:40 07.07.2026
Region
Tramp: İtaliyanın baş naziri yaxşı insandır, amma səhvə yol verib
19:37 07.07.2026
Siyasət
Traktora səkkiz qoşqu qoşan şəxs barədə tədbir görüldü
19:05 07.07.2026
Hadisə
Bu "arıqlama" məhsullarında təhlükəli maddə aşkarlandı
18:42 07.07.2026
Sağlamlıq
Tramp: Qrenlandiya ABŞ-ın nəzarətində olmalıdır
18:08 07.07.2026
Gündəm
Zelenski Ankarada Azərbaycana təşəkkür etdi
17:48 07.07.2026
Gündəm
Samvel Karapetyan: Ermənistanda küçə mübarizəsi mütləq olacaq
17:47 07.07.2026
Gündəm
Azərbaycan beynəlxalq etimadın mərkəzindədir - ŞƏRH
17:45 07.07.2026
Gündəm
Tramp: Ərdoğan İranın nüvə silahına sahib olmasını istəmir
17:39 07.07.2026
Gündəm