Bakı Təşəbbüs Qrupu Niderland hökumətinin ölkə Parlamentinə təqdim etdiyi yeni proqramı pisləyir
Yusif Nəzərli
06:23 16.09.2024
Siyasət
326
Bakı Təşəbbüs Qrupu Niderland hökumətinin ölkə Parlamentinə təqdim etdiyi yeni proqramı pisləyir.
APA xəbər verir ki, bu barədə BTQ-nin məlumatında bildirilib.
Qeyd olunub ki, Niderland Hökuməti ölkə Parlamentinə yeni proqram təqdim edib. Proqram Nazirlər Kabineti tərəfindən təsdiq olunub və indi Parlamentdə müzakirə olunmalı və təsdiq edilməlidir:
"Əsrlər boyu müstəmləkəçi ölkə olan Niderlandın gec də olsa əsarət altında saxladığı xalqların azadlığına hörmət edəcəyini və özündən on min km-lərlə uzaqlıqda yerləşən ərazilərin müstəqil yaşaması üçün tətbiq etdiyi maneələri aradan qaldıracağına dair cüzi də olsa gözləntilərimiz özünü doğrultmadı.
Niderlandın yeni hökumətini formalaşdıran Azdalıq partiyası, Azadlıq və Demokratiya naminə Xalq partiyası, Yeni Sosial Müqavilə və Fermerlər və Vətəndaşlar Hərəkatı nizamnamələrində “azadlıq” uğrunda mübarizə apardıqlarını yazsalar da, Karib hövzəsində yerləşən 6 dövlətin - Aruba, Kürasao, Seint Maartən, Bonayre, Seint Eustatius və Saba adalarının xalqlarının azadlıqlarını boğmaqda davam edirlər.
Hökumətin təqdim etdiyi yeni proqramda iddia olunur ki, Bonayre, Seint Eustatius, Saba adalarında yaxşı idarəetmə və əməkdaşlıq prinsiplərinə əsaslanaraq, adaların rifahının artırılmasına yönəlmiş qanunvericilik və strateji təşəbbüslər həyata keçirəcək. Bunun üçün Ümumi İdarəetmə Qanunu hazırlanacaq ki, bu yanaşma “riayet et və izah et” prinsipinin tətbiqini nəzərdə tutur.
Beləliklə Niderlandın sağçı-millətçi yeni Nazirlər Kabineti özündən əvvəlki hökumətin koloniyal siyasətini davam etdirməyə hazırlaşır. Hökumət bu adaların bəzilərinin avtonom statusa malik olduğunu iddia etsə də, əslində isə bu ərazilər tamamilə Niderland Krallığından asılı vəziyyətə salınıb. Hətta bu adalar BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısından çıxarılıb.
Niderland müstəmləkələrindəki real vəziyyətin dünya ictimaiyyətinə çatdırılması məqsədilə bu ilin 22 avqust tarixində Bakıda Bonayre adasına həsr edilmiş “Bonaıre’s Pathway From Baku Through Un General Assembly To Self-Determınatıon” adlı beynəlxalq konfrans keçirilib.
Azadlıqları uğrunda mübarizə aparan bu xalqlar, xüsusən də Bonayre adası BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısına yenidən salınması üçün bu ilin oktyabrında BMT Baş Assambleyasına qətnamə layihəsi təqdim etməyi planlaşdırır.
Bakı Təşəbbüs Qrupu Niderland hökumətindən xalqların azadlığına hörmət etməyi və adaların müstəqillik uğrunda beynəlxalq təşkilatlar çərçivəsində apardığı mübarizəyə maneələr yaratmamağı tələb edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət