
Bakı və Pekin qarşılıqlı etimada əsaslanan münasibətlər qurur -ŞƏRH
12:58 08.07.2025
Siyasət
483
"Dünyanın üzləşdiyi qlobal problemlər və çağırışlar dövlətlərarası səmimi və etibarlı münasibələri zərurətə çevrir. Hərtərfli əməkdaşlıq isə praqmatik diplomatiyadan, mədəni və humanitar əlaqələrin inkişafından və davamlı dialoqdan keçir. Azərbaycan da ənənəvi olaraq müxtəlif regionlar arasında dialoqun təşviqinə xidmət edərək, xarici siyasətində və dövlətlərlə əlaqələrində qarşılıqlı səmimi münasibətlərə üstünlük verir".
Bu sözləri Sherg.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov Azərbaycan-Çin münasibətlərini şərh edərkən söyləyib.
Onun sözlərinə görə, Azərbaycan və Çin dövlətinin başçıları da səmimi və dostluq şəraitində bu əlaqələri daha da irəliyə aparmaq üçün zəmin hazırlayırlar:

"Diplomatik münasibətlərin qurulmasından keçən 33 il ərzində Azərbaycan-Çin əlaqələrinin inkişafında ciddi nailiyyətləri əldə olunub, bu da siyasi qarşılıqlı etimadı möhkəmləndirib, hərtərəfli əməkdaşlığın genişlənməsinə təkan verib. Ölkələr praktiki əməkdaşlığı təşviq edərək, beynəlxalq və regional təşkilatlarda kommunikasiyanı dəstəkləyir. Həmçinin mütəmadi olaraq siyasi məsləhətləşmələr həyata keçirirlər. Hər iki tərəf dövlət suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birini qətiyyətlə dəstəkləyib.
Azərbaycan və Çin “Bir kəmər və yol” təşəbbüsünün birgə tikintisi ilə Azərbaycanın “İpək Yolunun Dirçəldilməsi” milli inkişaf strategiyası ilə 2030-cu ilədək iqtisadi və sosial inkişaf strategiyası arasında əlaqəni gücləndirmək barədə razılığa gəlmələri uzunmüddətli əməkdaşlığa öz töhfəsini verəcək. Tərəflər arasında böyük potensiala malik sənaye, turizm, kənd təsərrüfatı, rəqəmsal transformasiyaslar, neft-kimya, metallurgiya, toxuculuq, əczaçılıq, maşın və avadanlıqlar, bərpa olunan enerji və digər sahələrində əməkdaşlığı möhkəmləndirir və genişləndirir".
Analitik vurğulayıb ki, ölkələrimiz mədəniyyət, incəsənət və təhsil sahələrində də əməkdaşlığı təşviq edir, qarşılıqlı mədəniyyət günlərini keçirir:
"Bu isə xalqlar qarşılıqlı anlaşmanı gücləndirir, sivilizasiyalararası mübadiləni təşviq edir. İyun ayında Azərbaycanla Çin arasında viza rejiminin ləğvinin təsdiqlənməsi də qarşılıqlı mübadilə və əməkdaşlığı təşviq edən məsələlərdəndir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi