Bayramov BMT Baş Assambleyasının sessiyasında iştirak edib
15:26 23.09.2024
Siyasət
384
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Uqandanın sədrliyi ilə "Silahlı münaqişələr zamanı mülki əhalinin müdafiəsi: Fələstin xalqı ilə həmrəylik" mövzusunda təşkil olunmuş Qoşulmama Hərəkatının Nazirlər iclasında iştirak edib.
"Sherg.az" xəbər verir ki, bu barədə XİN-in rəsmi "X" hesabında paylaşım edilib. İclasda Qoşulmama Hərəkatının beynəlxalq münasibətlərdə ədalətin və qanunun aliliyinin həqiqi müdafiəçisi kimi rolu vurğulanıb.
"Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi, habelə Hərəkatın səmərəliliyinin artırılması istiqamətində davamlı səyləri və təşəbbüsləri ilə yanaşı, Qoşulmama Hərəkatı Troykasının fəal üzvü kimi Hərəkatın rolunun və əhəmiyyətinin daha da artırılmasına sadiq qalır. Azərbaycan hesab edir ki, Fələstin məsələsinin bütün aspektlərdə ədalətli və davamlı həlli BMT-nin müvafiq qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həll edilənə qədər Hərəkatın gündəliyində prioritet olaraq qalmalıdır", - deyə paylaşımda qeyd edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp: Bəlkə də, Əli Xameneini öldürməməli idik
16:37 13.10.2026
Gündəm
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm