Bidzina İvanişvili yenidən fəal rejimə keçirilir - TƏHLİL
Yusif Nəzərli
07:34 06.01.2024
Siyasət
592
"İvanişvilinin siyasətə qayıtması sübut edir ki, rəsmi Tbilisi Rusiyanın maraqlarını onların istədiyi səviyyədə qorumur"
Gürcü milyarder Bidzina İvanişvili siyasətə qayıdıb. "Gürcü Arzusu"nun təsisçisi Bidzina İvanişvili hakim partiyanın Siyasi Şurasının yeni sədri seçilib. Partiya məlumatı təsdiqləyib. “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze isə bildirib ki, Bidzina İvanişvili partiyanın fəxri sədri olacaq. Bidzina İvanişvili partiyanın qurultayında çıxışı zamanı siyasətə öz təşəbbüsü ilə qayıtdığını bildirib: "Düz üç il əvvəl mən aktiv siyasi proseslərdən uzaqlaşmaq qərarım barədə ictimaiyyətə məlumat vermişdim. İndi, üç ildən sonra, öz təşəbbüsümlə, partiyanın fəxri sədri kimi, siyasi həyata qayıdıram".
Politoloq Həsrət Rüstəmov "Sherg.az"a açıqlamasında deyib ki, İvanişvili Rusiya prezidenti Vladimir Putinin kadrıdır
Ekspert diqqətə çatdırıb ki, Bidzina İvanişvili Gürcüstana bu ölkəni ciddi şəkildə daxil olduğu avroatlantik məkana inteqrasiya prosesindən ayırmaq, yenidən Moskva orbitinə qaytarmaq üçün hakimiyyətə gətirilmişdi:
"İvanişvilinin yenidən siyasətə qayıtması sübut edir ki, rəsmi Tbilisi Rusiyanın maraqlarını onların istədiyi səviyyədə qorumur. Ona görə də Rusiyanın bütün tapşırıqlarını sözsüz yerinə yetirmək üçün Bidzina İvanişvili yenidən fəal rejimə keçirilir. Bu isə Gürcüstan, bütövlükdə bizim bölgə üçün yaxşı heç nə vəd etmir. Rusiyanın imperiya maraqlarından əl çəkməyəcəyi təqdirdə postsovet ölkələrinə dinclik yoxdur və olmayacaq. Çox təəssüf ki, nə rus xalqı özü şər imperiyasından qurtula bilir, nə də əsarətdə olan xalqlar hələ ki, boyunduruqdan tam xilas ola bilirlər. Postsovet ölkələrində müstəqillik bu baxımdan şərti xarakter daşıyır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm