Bizə zaman lazımdır
Yusif Nəzərli
00:44 02.11.2021
Siyasət
908
Ermənilərin Xankəndidən köçü gün keçdikcə daha da sürətlənəcək
"Qarabağda gedən proseslər Azərbaycanın planlarına uyğun gedir. Yekun sülh müqaviləsindən sonra bütün daşlar yerinə oturacaq"
44 günlük Qarabağ savaşından sonra rəsmi İrəvan Xankəndinin boşalmasının qarşısını almağa səy göstərsə də, separatçıların məskunlaşdığı bu şəhərdən demək olar ki, hər gün Ermənistana köç var. Azərbaycanın Qarabağda mövqeləri gücləndikcə, bölgədə ikinci erməni dövləti xülyası puç olduqca, Xankəndi də ermənilər üçün əhəmiyyətini itirməyə başlayıb.
Artıq erməni ictimai-siyasi fiqurlar da Xankəndinin boşaldığını dilə gətirirlər. Məsələn, “Şuşadan deportasiya edilmiş erməni əhalisi” adlı QHT-nin rəhbəri Aşot Harutyunyan bu günlərdə rəsmi İrəvanı ittiham edib. O bildirib ki, Qarabağı "satanlar” bu gün əsl vətənpərvər rolundadırlar: “Onlar yaşa” deyib, təbliğat aparırlar. Kimə deyirsən, gəl yaşa? Xankəndlilər İrəvana qaçıb, burada ev alıblar. İndi öyrənmək lazımdır ki, ev alanlar kimdirlər”. Bundan əvvəl də ermənilərin Xankəndini tərk etməsi barədə məlumatlar yayılıb. Hətta Ermənistanın əmlak satışı saytlarında Xankəndidəki evlərin satılması barədə elanlar da dərc edilib. Proses bu gün də davam edir. Ekspertlər hesab edir ki, ermənilərin Xankəndini tərk etməsi təkcə sosial problemlərlə əlaqədar deyil. Əsas səbəb onların artıq Xankəndinin Azərbaycana məxsus olması, azərbaycanlıların digər ərazilərə qayıtdığı kimi bura da qayıdacağını dərk etməsidir.
Xankəndi və ətraf ərazilərdən ermənilərin kütləvi köçü ilə bağlı “Şərq”ə danışan siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev “Şərq”ə bildirib ki, Qarabağda gedən proseslər Azərbaycanın planlarına uyğun gedir. Professorun sözlərinə görə, Xankəndi və ətraf bölgələrdə möhkəmlənmək niyyətində olan ermənilər bölgəni tərk etməz:
“Əgər Qarabağdan könüllü surətdə köçürlərsə, deməli, burada qalmaq istəmirlər. Rus hərbçiləri özləri də Xankəndində həyat olmadığını, ehtiyaclarını Azərbaycanın nəzarəti altında olan ərazilərdən təmin etdiklərini söyləyirlər. Təbii ki, Azərbaycan hökuməti gec-tez Xankəndi və ətraf yerlərdə öz suverenliyini təmin edəcək. Ancaq bizə zaman lazımdır. Əmin olun ki, ermənilərin köçü gün keçdikcə daha da sürətlənəcək. Yekun sülh müqaviləsindən sonra bütün daşlar yerinə oturacaq. Razılaşmadan sonra Qarabağa ermənilər özbaşına girib-çıxmayacaqlar. Yaxın zamanda Qarabağda ancaq Azərbaycan vətəndaşı olan ermənilər qalacaq. Onların da sayı 10 mindən çox ola bilməz. İctimaiyyətin narahatlığı başadüşüləndir. Xüsusən Rusiya ilə bağlı narazılıq təbiidir. Lakin anlamaq lazımdır ki, bölgə artıq tamamilə Rusiyanın nəzarətində deyil. Qardaş Türkiyə də regionda söz sahibidir. Moskva Ankara ilə hesablaşmaq məcburiyyətindədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər - FOTO
16:16 12.10.2026
Aktual
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15:51 12.10.2026
Gündəm
Qaradağda məktəb direktorunun maşını yandırılıb
15:49 12.10.2026
Hadisə
Azərbaycan Türk Ocağı MÜRACİƏT ÜNVANLAYIB
15:47 12.10.2026
Aktual
Separatizmin sonu ədalət məhkəməsidir - RƏY
15:21 12.10.2026
Aktual
Putin Ukraynada seçki günü atəşkəsə hazırdır
15:12 12.10.2026
Dünya
Babək rayonunda üçəm doğulub
14:54 12.10.2026
Cəmiyyət
Şakira Qırğızıstana 30 milyon dollar qazandıracaq
14:51 12.10.2026
Mədəniyyət
Avropa İttifaqı Rusiyaya qarşı 1600 yeni sanksiya tətbiq edəcək
14:37 12.10.2026
Dünya
Lavrov: Zelenski atəşkəsə layiq deyil
14:31 12.10.2026
Dünya
“Şiddət heç vaxt çıxış yolu deyil” - EKSPERT
14:10 12.10.2026
Cəmiyyət
ATƏT sədri Gürcüstana səfər edəcək
13:56 12.10.2026
Dünya
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat