"Ermənistanda müsbət meyillər davam edərsə, bütün Cənubi Qafqaz bundan faydalanacaq" - Amerikalı analitik
22:53 03.07.2021
Siyasət
570
Ermənistanın Azərbaycanın Füzuli və Zəngilan rayonlarında 92 min tank və piyada əleyhinə minalara dair xəritələri saxlanılan 15 erməninin təhvil verilməsi müqabilində təqdim etməsi Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsinə və gələcək birgə iqtisadi layihələrə yol açır.
Bunu Trend-ə amerikalı analitik İrina Tsukerman deyib.
Onun sözlərinə görə, bunu hələ həll edilməli bir çox problemin olmasına baxmayaraq davamlı sülhə doğru növbəti addım hesab etmək olar.
Ekspert qeyd edib ki, Azərbaycanın saxlanılan erməniləri təhvil verməsi sadəcə etimad yaratmaq üçün bir addım deyil, həm də beynəlxalq aləmə bu ölkənin sülh quruculuğunda irəliləyiş üçün maneələr yaratmaqda maraqlı olmadığına siqnaldır.
Eyni zamanda, onun sözlərinə görə, Ermənistanın əvvəllər minalanmış Azərbaycan ərazilərinin növbəti xəritələrini təqdim etməsi onun bir neçə belə xəritəyə sahib olduğunu və ərazilərin minalanması əməliyyatlarının Ermənistan rəhbərliyi tərəfindən planlaşdırıldığını göstərir.
İ.Tsukerman əlavə edib ki, Ermənistanla Azərbaycan arasında barışıq bölgədə daha geniş çoxtərəfli əməkdaşlığa doğru mühüm addım ola bilər.
O qeyd edib ki, Ermənistandakı son seçkilər əhalinin hərbi vəziyyətdən və qonşusu ilə uzun müddət davam edən gərginlikdən yorulduğunu göstərdi: "Ermənistanda müsbət meyillər davam edərsə, bütün Cənubi Qafqaz bundan faydalanacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya