Fransanın Azərbaycandakı səfiri Gəncədə səfərdədir - YENİLƏNİB
Yusif Nəzərli
16:39 15.05.2023
Siyasət
487
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Fransanın Azərbaycandakı xanım Ann Buayonla görüşüb.
"Report"un Qərb bürosunun məlumatına görə, görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında müzakirələr aparılıb.
Niyazi Bayramov qonağı salamlayaraq, Gəncə şəhərinin iqtisadi, sənaye, elm, təhsil və digər sahələri haqqında məlumat verib. Bildirib ki, ölkə üzrə ikinci ən böyük sənaye şəhəri olan Gəncədə hazırda, “Azəralüminium” ASC, Gəncə Avtomobil Zavodu, “Gəncə Şərab - 2” və digər müəssisələr fəaliyyət göstərir. Bununla yanaşı, "Azərbazalt" MMC-nin sifarişi ilə Gəncədə orqanik gübrə istehsalı zavodu inşa edilir. Zavodda Göygöl rayonunun 10,8 hektar ərazisi olan Çaykənd yatağından çıxarılan bazalt emal ediləcək. Şəhər rəhbəri, gələcəkdə zavodda istehsal olunacaq məhsulun Avropa bazarına da ixracının nəzərdə tutululduğunu diqqətə çatdırıb. Söhbət zamanı, o da bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri şəhərin iqtisadi və turizm potensialının genişlənməsinə təkan verir, çünki sözügedən ərazilərə ən yaxın sənaye və logistika mərkəzi məhz Gəncə şəhəridir.
Fransanın Fövqəladə və Səlahiyyətli səfiri xanım Ann Buayon səmimi qarşılanmaya görə və ətraflı məlumat üçün Niyazi Bayramova öz minnətdarlığını bildirib. Xanım Ann Buayon ölkəmizdə diplomatik fəaliyyətinin başladığı müddətdə ilk rəsmi səfərinin məhz Gəncə şəhərinə etdiyini diqqətə çatdırıb. Səfər çərçivəsində “Azəralümünium” ASC, Gəncə Dövlət Universitetinə, Azərbaycan Dövlət Aqrar Universitetinə ziyarət edəcəyini bildirib.
Görüşdə ikitərəfli mümkün iqtisadi əməkdaşlıq imkanları da müzakirə edilib.
Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, şəkil çəkdirilib.
Görüşdən sonra xanım Ann Buayon Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmış əraziyə baş çəkib. Səfirə törədilən terror barədə geniş məlumat verilib. Bildirilib ki, 2020-ci ildə Gəncə şəhəri ümumilikdə 5 dəfə raket atəşinə məruz qalıb. Nəticədə 6-sı uşaq və yeniyetmə olmaqla, ümumilikdə 26 nəfər həlak olub, 29-u uşaq olmaqla, ümumilikdə 142 insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Diplomat terror zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, əraziyə gül dəstələri düzüb.
16:52
Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon Gəncə şəhərinə səfərə gedib.
"Report"un Qərb bürosunun məlumatına görə, o, Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmış əraziyə baş çəkib. Səfirə ermənilərin törətdiyi terror hadisələri ilə bağlı məlumat verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
19:53 18.09.2026
Dünya
Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan
19:45 18.09.2026
Cənubi Qafqaz
“Neftçi” yubiley oyununda Qəbələdən qələbə ilə ayrıldı
19:36 18.09.2026
Futbol
Narkotik araşdırmasında məşhurlardan 21 nəfər saxlanılıb
19:02 18.09.2026
Hadisə