
Fransanın “qətnamə oyunu”: Erməni diasporası korrupsiyaya bulaşmış siyasətçiləri yönləndirir
10:23 29.07.2025
Siyasət
604
Asim Mollazadə: Erməni diasporasının istəkləri bu yollarla Fransa hökumətinə sırınır
İyulun 22-də Fransa Milli Assambleyasındakı “Sağ Respublikaçılar” qrupunun rəhbəri və Fransa-Ermənistan dostluq qrupunun sədri Loran Vokye (Laurent Wauquiez), habelə həmin dostluq qrupunun sədr müavini Aleksandr Marten (Alexandra Martın) tərəfindən “Ermənistanla strateji tərəfdaşlığı imzalamaqla onu Azərbaycanla sülh səylərində dəstəkləmək və Azərbaycanda saxlanılan Artsax siyasi məhbuslarının azad edilməsinə tələb etmək məqsədini daşıyan” Avropa Qətnaməsi təşəbbüsünü irəli sürüblər.
Qətnamədə Azərbaycan tərəfindən saxlanılan “siyasi məhbuslar olan erməni hərbi, siyasi və mülki şəxslər” üzərində keçirilən məhkəmə proseslərinin guya “qondarma” olduğu iddia edilir, onların dərhal azad olunması tələbi irəli sürülür. Bundan əlavə, Azərbaycanın Ermənistanın mövcudluğunu inkar etdiyi, bunun Azərbaycanın Artsaxda və digər nəzarət etdiyi bütün ərazilərdə erməni əhalisini məhv etmək siyasətinin davamı olduğu vurğulanır. Həmçinin, Azərbaycanın dini, mədəni və tarixi irsi məhv etdiyi bildirilir.
Təsadüfi deyil ki, Prezident İlham Əliyevə qarşı nifrət halına çevrilmiş paxıllığını cilovlaya bilməyən Emmanuel Makron, balaca paxıl uşaqlar kimi güclü, qüdrətli və qalib siyasi lider, xalqının dəstəyini qazanmış Prezident İlham Əliyevə nəticəsiz “pisliklər” etməyə çalışır. Unutmaq olmaz ki, Yeni Kaledoniyada Azərbaycan bayraqları dalğalanır. İndi Fransanın müstəmləkə altında saxladığı ölkələrin insanları Azərbaycana müqəddəs “Məkkə”, “Vatikan” kimi baxırlar və dekolonizasiya prosesinin mərkəzi kimi qəbul edirlər. Azərbaycan bundan sonra da Fransa hakimiyyətinin real simasını dünyaya göstərməkdə davam edəcək, işğal altında olan dənizaşırı ərazilərin müstəqillik uğrunda mübarizəsini dəstəkləyəcək.
Milli Məclisin deputatı Asim Mollazadə Sherg.az-a bildirib ki, Fransada həyata keçirilən siyasətin arxasında zəngin və təşkilatlanmış erməni diasporası dayanır:

"Onlar korrupsiyaya bulaşmış bir sıra Fransa siyasətçilərini öz təsiri altında saxlayırlar. Diasporanın məqsədi aydındır: onlar təşviş içindədirlər. Qorxurlar ki, Cənubi Qafqazda sülh və əməkdaşlıq bərqərar olarsa, Azərbaycan-Ermənistan, eləcə də Ankara-İrəvan münasibətləri normallaşarsa, “soyqırımı” planları və bu bəhanə ilə maliyyə toplamaq imkanları puç olacaq. Buna görə də Fransa Ermənistandakı revanşist əhval-ruhiyyəni gücləndirmək, ölkəni yenidən müharibəyə sürükləmək istəyir. Bu siyasətçilərin əsas məqsədi Cənubi Qafqazda yeni münaqişələrin yaradılması və Ermənistanın daha da dərin problemlərlə üz-üzə qalmasıdır. Guya “soyqırımı” iddialarının davam etdirilməsi onların xəstə təfəkküründə həm mənəvi, həm də maddi qazanc mənbəyidir. Fransada korrupsiyaya bulaşmış siyasətçilərin, xüsusilə də seçki dövrlərində bu cür təsirlərə daha çox meyilli olması faktdır. Erməni diasporasının istəkləri bu yollarla Fransa hökumətinə sırınır".
Deputat vurğulayıb ki, Yeni Kaledoniyada məsələsi isə bunun bir başqa təzahürüdür:
"Azərbaycan bu məsələdə yalnız Yeni Kaledoniya ilə məhdudlaşmır. Məqsəd ümumilikdə imperialist siyasətlərə son qoymaq və müstəmləkə xalqlarının azad yaşamaq hüququnu dəstəkləməkdir. Azərbaycan Prezidenti İlham Əliyev bunu bir çox beynəlxalq tribunalarda, forumlarda və Qoşulmama Hərəkatının platformasında açıq şəkildə bəyan edib. Məqsəd sadədir: imperializmə son qoyulmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya
Seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
15:17 18.10.2026
Hadisə
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə