"Gec-tez Saakaşvili həbsdən azad olunacaq və..."
Yusif Nəzərli
12:30 31.10.2021
Siyasət
838
"Gürcüstanın hələ də həbsdə olan eks-prezidenti Mixail Saakaşvilinin səhhəti ilə bağlı narahatedici xəbərlər yayılır. Çünki sabiq rəhbər xeyli müddətdir aclıq aksiyası keçirir və ə xəstəxanaya getməkdən imtina edir. Gürcüstan baş naziri İrakli Qaribaşvili eks-prezident Mixail Saakaşvilinin aclıq aksiyasınını şərh edərkən deyib ki, hər bir insanın intihar haqqı var. Əgər kimsə özünü öldürmək qərarı versə, özünü öldürə bilər: "Əlbəttə ki, dövlət buna görə məsuliyyəti üzərinə götürməyəcək".
Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Sherg.az"a açıqlamasında qeyd edib ki, Saakaşvilinin özünü qurban verərək Gürcüstana qayıtması müaxifəti həm cəsarətləndirdi, həm də "Gürcü Arzusunu" çətin duruma saldı:
"Saakaşvilinin ölkəyə girişindən dərhal sonra həbs olunması hakimiyyəti fakt qarşısında qoyub. Gec tez Saakaşvili həbsdən azad olunacaq və bundan sonra onun Gürcüstanda qalaraq aktiv siyasətlə məşğul olması legitimləşəcək. Okytabrın 30-da seçkilərin nəticələrindən asılı olmayaraq, Saakaşvili rusiyayönümlü qüvvələri sarsıdacaq. Hazırda Mixail Saakaşvili hökumətin tibbi dəstəyindən imtina etdiyini bəyan edib. Hətta xəstəxanaya köçürülməsindən də imtina edib. Hesab edirəm ki, Mixail Saakaşvili gücünü hesablayaraq aclıq aksiyasını davam etdirir. Onun əsas hədəfi aksiyanı seçkilərin ikinci turuna qədər davam etdirməsiydi. Qaribaşvilinin bəyanatı başını itirmiş adamın sərsəmləməsidir. Bir insanın həyatı təhlükədədirsə, "bu onun haqqıdır" kimi bəyanat vermək dövlət nazirinə yaraşmayan hərəkətdir. Bir sözlə Saakaşvilinin həm həbsi, həm də azad olunması "Gürcü Arzusuna" problemələr yaşadacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransada evdə yeni doğulmuş beş körpənin qalıqları tapılıb
21:50 28.07.2026
Dünya
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət