İlham Əliyev və Sadır Japarov Nizami Gəncəvi adına 103 saylı məktəbin açılış mərasimində iştirak ediblər

Oktyabrın 12-də Bişkekdə Nizami Gəncəvi adına 103 saylı məktəbin açılış mərasimi keçirilib.

"Report"un xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov açılış mərasimində iştirak ediblər.