İlham Əliyevin Trampa zəngi... -RƏY
Yusif Nəzərli
06:53 28.11.2024
Siyasət
308
Hər iki tərəfin əməkdaşlığı dərinləşdirmək üçün siyasi iradəsi mövcuddur
Azərbaycan Prezidenti İlham Əliyev Donald Trampa zəng edərək onu yenidən Amerika Birləşmiş Ştatlarının prezident seçilməsi münasibəti ilə təbrik edib xoş arzularını çatdırıb. Tramp isə öz növbəsində səmimi təbriklərə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib. Dövlət başçıları arasındakı qarşılıqlı səmimiyyət qarşıdakı dörd ildə ABŞ və Azərbaycan arasında münasibətlərin müsbət məcrada inkişaf edəcəyini ehtimal etməyimizə imkan verir.
Xatırladaq ki, dövlət başçısı hələ ABŞ-dəki seçkilərdən bir neçə ay öncə iştirak etdiyi Qlobal Forumda Donald Trampın bu seçkilərdə qalib gələcəyinə işarə edərək gözləntilərini açıqlamışdı. Azərbaycan Prezidentinin proqnoz xarakterli həmin açıqlaması sözsüz ki, siyasi təcrübə və uzaqgörənlik nümunəsi idi.
Siyasi ekspertlərin fikrincə, İlham Əliyevin Donald Trampı Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik etməsi və seçkilərdə qazandığı inamlı qələbəsini Amerika xalqının onun yürütdüyü siyasi xəttə böyük dəstək və etimadın aşkar ifadəsi kimi qiymətləndirməsi heç şübhəsiz ki, siyasi müdrikliyin təntənəsidir.
Siyasi şərhçi Aqil Məmmədov da “Sherg.az"a açıqlamasında Azərbaycan-ABŞ əlaqələrində yeni imkanlar açıldığını qeyd edib:
“Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti seçilmiş Donald Tramp ilə telefon danışığı iki ölkə arasında strateji tərəfdaşlığın əhəmiyyətini göstərir. İlham Əliyevin bu zəngi eyni zamanda Azərbaycanın ABŞ ilə əlaqələrə verdiyi önəmi və bu tərəfdaşlığı dərinləşdirmək istəyindən qaynaqlanır.
Bunun üçün yaxın keçmişə bağlı uğurlu keys mövcuddur. Trampın birinci prezidentliyi dönəmində Azərbaycan-ABŞ münasibətləri enerji, ticarət və təhlükəsizlik sahələrində uğurlu olub. Donald Tramp administrasiyası Cənub Qaz Dəhlizinə dəstək verdi. Bu dəstək həmçinin layihənin reallaşdırılması üçün tələb edilən vəsaitin cəlb olunmasına da müsbət təsir göstərdi. Xüsusi ABŞ maliyyə mənbələrindən vəsaitin cəlb edilməsi üçün bu dəstəyin xüsusi önəmi olub.
İki ölkə arasında ticarət dövriyyəsi Trampın dövründə 900 milyon dollar səviyyəsinə çatdı. Paralel olaraq humanitar sahədə əməkdaşlıqda müsbət nəticələrlə yadda qalıb”.
A.Məmmədov xatırladıb ki, Azərbaycan Prezidenti həmçinin birinci prezidentlik dövründə ölkəmizlə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını xatırladıb və eyni zamanda qarşıdakı dövrdə ikitərəfli əlaqələrimizin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvarlığını bildirib:
“ABŞ-Azərbaycan əlaqələrinin inkişafı hər iki tərəfin maraqlarına cavab verir. Tramp administrasiyasının Cənubi Qafqazın lider dövləti ilə sıx əməkdaşlığa üstünlük verməsi zamanın tələbidir.
Bu zəng bir daha göstərdi ki, Azərbaycan-ABŞ münasibətləri yalnız keçmiş nailiyyətlərlə məhdudlaşmır. İkitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanlar mövcuddur. Ən əsası hər iki tərəfin bu əməkdaşlığı dərinləşdirmək üçün siyasi iradəsi mövcuddur. Ən əsası Azərbaycan milli maraqları və regional sabitlik naminə ABŞ ilə əlaqələrin güclənməsi üçün mühüm addım atmış oldu”.
Oxşar xəbərlər
Azərbaycan - Özbəkistan münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir -ANALİZ
12:09 24.08.2026
İsmail Cingöz: İlham Əliyevin Özbəkistan səfəri Türk dünyasının gələcək siyasi və iqtisadi quruluşu baxımından strateji əhəmiyyət daşıyır
09:21 24.08.2026
Xəbər lenti
Hamısına bax
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil