İranın Cənubi Qafqazda təhlükə ocaqları qalamaq riskləri artmaqdadır - Şərh
10:06 12.03.2023
Siyasət
455
"İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian İsrailin Cənubi Qafqazdakı mövcudluğuna qarşı xəbərdarlıq tonunda ismarış verib. Abdullahian bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ankarada görüşdükdən sonra elan edib. İranın baş diplomatı İsrailə “biz Türkiyə ilə razılığa gəlmişik” mesajını çatdırmaq məqsədilə Ankaradan belə mövqe sərgiləmiş ola bilər".
"Sherg.az" xəbər verir ki, bu barədə siyasi şərhçi Aqşin Kərimov deyib.
Ekspert bildirib ki, İranla Türkiyəni təhlükəsizlik narahatlıqları deyil, daha çox iqtisadi əməkdaşlıq ruhu bir-birinə bağlayır:
"Bu baxımdan Türkiyə ilə İsrailin qarşılıqlı ehtiyacları çox aktualdır, nəinki Ankaranın Tehranla hər hansı koordinasiyası. İranın Azərbaycana qarşı İsrail amili üzərindən səsləndirdiyi ittihamlar son zamanlar Tehrana qarşı beynəlxalq koalisiyada iki əsas amil - ABŞ və İsrail tərəfinin artan təzyiqləri fonunda diqqət çəkir. İranın nüvə silahı əldə etməyə yaxınlaşması beynəlxalq və regional nizamı təhdid altına sala biləcək yeni fazadır. Regionun hərbi münaqişəyə hazır vəziyyətdə gərilməsi ABŞ müdafiə naziri Lloyd Ostinin İsrailə səfərinin nəticələri ilə düz mütənasiblik təşkil edəcək. O, israilli həmkarı Yoav Qallant ilə görüşdən sonra təşkil olunan mətbuat konfransında bildirib ki, ABŞ və İsrail İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək. Bunun hərbi güc tətbiqi ilə təsvirini isə bütün variantların masada olması məlumatını səsləndirməklə göstərib.
İran Cənubi Qafqazda İsraili xarici qüvvələrin özünə qarşı yönələn oxu kimi təsvir etdikcə, Azərbaycan da öz tədbirlərini görməlidir. Çünki Tehran prosesləri Azərbaycana qarşı bəhanələr silsiləsi şəklində inkişaf etdirir və Bakı-Tehran gərginliyinin qalıcılığına çalışır. Son günlər dünya mediasında yayılan bəzi informasiyaların hansı məqsədlərə hazırlıq məşqi kimi xidmət etdiyini sonradan verilən bəyanatlar, açıqlamalar göstərir. Məlumatlarda qeyd olunurdu ki, Azərbaycan öz ərazisindən İrana qarşı hücumlarda istifadəyə icazə verir. Ancaq Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov bu məlumatları yalan adlandırıb. O, belə bir şeyin olmayacağını, daha dəqiq desək, Azərbaycanın İrana qarşı hücumlarda öz ərazilərindən İsrailin istifadə etməsinə icazə verməyəcəyini bəyan edib".
A.Kərimov qeyd edib ki, bütün bunlar İrana qarşı beynəlxalq koalisiyada Azərbaycanın tuta biləcəyi mövqenin vektorlarını təsəvvür etməyə imkan verir:
"Beləliklə, Azərbaycan dəqiq mövqe seçməlidir, elə bir yerdə dayanmalıdır ki, ondan poliqon kimi istifadə olunması ehtimallarının üzərindən xətt çəkilsin.
Ancaq İran Azərbaycanın jestlərinə uyğun cavablar verməlidir. Tehran Bakı ilə gərginlik səhifəsini qapatmaq üçün özünün çaxnaşmalara səbəb olacaq mövqeyindən əl çəkməli və Azərbaycanın ideallarını, Cənubi Qafqazda yaratdığı reallıqları, bundan sonrakı nəticələri qəbul etməlidir. Təbii ki, bu, qulağa xoş səslənə bilər, ancaq İran ambisiyalarını azaltmaq əvəzinə onu daha üst səviyyəyə qaldırmaq üçün planlarını işləyir. Bunun davam edəcəyi təqdirdə, Azərbaycan müdafiə potensialını və strateji vizyonunu İrana qarşı koalisiya ilə uzlaşdırmaq məcburiyyəti ilə üzləşir. Martın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin İsrailin kəşfiyyat naziri Gila Gamlieli qəbul etməsi onların müzakirə istiqamətlərini qismən təsvir etmək üçün ipucları verir. Bu arada, İranın Cənubi Qafqazda təhlükə ocaqları qalamaq riskləri artmaqdadır və Tehran Ermənistanı öz ağuşuna almaqla belə əməllərə imza ata bilər. İran Zəngəzur dəhlizi layihəsinin yaradacağı geostrateji dəyişiklikləri həzm etməyərək Ermənistana dəstəyinin miqyasını artırır. İrəvanı dəstək kampaniyasına Hindistan canfəşanlıqla qoşulur və o, Ermənistanı silahlandırır. Azərbaycan strateji xətalar buraxmamaq üçün Ermənistanı zaman yetişən an yerində elə oturtmalıdır ki, o, bir daha qalxmaq barədə düşünməsin.
Onsuz da Azərbaycanın Ermənistana qarşı hərbi əməliyyatlara başlaması ipdən asılı vəziyyətdədir. Elə buna görədir ki, ABŞ-nin kəşfiyyat ictimaiyyəti Konqresə qlobal risklərin illik xülasəsini təqdim edərkən mümkün toqquşmaları proqnozlaşdırıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu halda İrana qarşı hərbi variant nəzərdən keçiriləcək...
18:46 29.04.2026
Dünya
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
18:38 29.04.2026
Gündəm
Naxçıvanda duz istehsalı bərpa olunub
18:30 29.04.2026
Ölkə
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol
Bakıda bu məhsul 35% bahalaşdı - Səbəb
15:47 29.04.2026
Sosial