İranlı "professor" yenə sayıqladı
Yusif Nəzərli
08:56 17.05.2023
Siyasət
367
Təxribatçı "ekspert"lərin erməni təəssübkeşliyinin, canfəşanlığının məqsədi bəllidir
İran mediasında tez-tez Azərbaycan əleyhinə qalmaqallı açıqlamaları, ermənipərəst fikirləri ilə gündəmə gələn qatı paniranist Ehsan Movəhhediyan yenə anti-Azərbaycan fikirlər səsləndirib. Movəhhediyan “İran diplomatiyası” saytında dərc olunan "analitik" şərhində Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşünün nəticələri barədə ağlına gələni danışıb.
Bildirib ki, Qarabağın tam şəkildə Azərbaycana qaytarılması Rusiya və İranın mövqelərini zəiflədəcək: "Bu, xüsusilə də Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmağa hazır olması barədə xəbərlər fonunda İran sərhədlərində İsrail, Türkiyə və NATO-nu gücləndirəcək. Ermənistanın Naxçıvan Muxtar Respublikasının Azərbaycanla dəmir yolu əlaqəsinin bərpasına razılıq verməsi Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinə gətirib çıxaracaq və bundan sonra Zəngəzur vilayətinin işğalı baş tutacaq”.
Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, iranlı "professor"un sayıqlamaları və "öncəgörmə"ləri tipik erməni əhval-ruhiyyəlidir. Partiya rəhbəri qeyd edib ki, 44 günlük İkinci Qarabağ müharibəsinin Azərbaycanın Qələbəsi ilə başa çatmasından sonra istər İran rəsmilərinin, istərsə də iranlı ekspertlərin mövqelərinin Ermənistanın mövqeyi ilə üst-üstə düşməsi faktları artıq adi hala çevrilib:
"Ehsan Movəhhediyan kimi fars şovinistləri Qarabağ və Zəngəzura dair fikirlərində az qala ermənilərdən çox ermənilik etməyə səy göstərirlər. Bu cür təxribatçı "ekspert"lərin erməni təəssübkeşliyinin, canfəşanlığının məqsədi bəllidir. Onların əsas dərdi heç də ermənilərin qayğısına qalmaq deyil.
İranın diplomatik strukturlarına və xüsusi-xidmət orqanlarına bağlı olan bu cür "ekspert"lər əslində molla rejiminin Ermənistan üzərindən geosiyasi planlarının ictimailəşdirilməsinə xidmət edirlər. Bu isə bizə molla rejiminin Azərbaycana qarşı xain niyyətlərindən, gerçək mövqeyindən xəbər tutmağımıza imkan verir.
Görünən budur ki, rəsmi Tehran Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına hər vasitə ilə mane olmağa çalışacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region
Zelenski ABŞ-yə dəvət olunduğunu açıqladı
16:50 23.07.2026
Dünya
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:49 23.07.2026
Gündəm
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:35 23.07.2026
Dünya
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - ŞƏRH
16:30 23.07.2026
Gündəm
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
15:51 23.07.2026
Dünya
Saakaşvili: Yeni plan qurulub, Gürcüstanda fəlakət qopacaq
15:24 23.07.2026
Gündəm
Azərbaycan və Çin Xəzərdə külək enerjisi layihəsini müzakirə edib
15:08 23.07.2026
Aktual
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub
14:57 23.07.2026
Mədəniyyət
Səhhəti pisləşən Ermənistan Prezidentinin son durumu açıqlandı
14:42 23.07.2026
Region
Aİ "Google"u 890 milyon avro cərimələyib
14:40 23.07.2026
Gündəm