İsrailli sabiq nazir beynəlxalq ictimaiyyəti Qafqazda sülhü təşviq etməyə çağırıb
Yusif Nəzərli
09:26 09.03.2023
Siyasət
403
Avropada ictimai rəyin formalaşmasında aparıcı mənbələrdən sayılan “Modern Diplomacy” media platformasında “Niyə indi dünya Qafqazda sülhü təşviq etməlidir?” sərlövhəli məqalə dərc olunub.
İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq Ayub Kara qələmə aldığı məqalədə qeyd edib ki, dünya BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini həyata keçirərək öz torpaqlarını erməni işğalından azad etmiş Azərbaycanın regiondakı xüsusi çəkisi ilə barışmalı və sülhün ölkəmizin ədalətli mövqeyi prizmasından çıxış edilməklə əldə olunmasına kömək etməlidir.
Onun fikrincə, hazırda regionda sülhün olmamasından əsas faydalananlar İran və Rusiyadır. Belə ki, İran üçün Ermənistan sanksiyalardan yan keçməyə kömək edən bir vasitədir. Ermənistan Azərbaycanla sülh bağlayacağı gün dənizə çıxışı olmayan ölkə vəziyyətindən çıxacaq və qonşuları ilə sülh şəraitində inkişaf yoluna qədəm qoyacaq. Beləliklə, Ermənistan artıq Tehrandakı molla rejiminə arxalanmaqdan və adıçəkilən ölkənin vəkili olmaqdan qurtulacaq. İsrailli siyasətçi göstərilən səbəbdən İranın Ermənistanla Azərbaycan arasında sülhü pozmaq üçün bütün imkanlarından yararlandığını diqqətə çatdırıb.
Sabiq nazir Kremlə qarşı beynəlxalq sanksiyalara səbəb olan Ukraynadakı fiasko fonunda Rusiya üçün Azərbaycanla Ermənistan arasında münaqişənin saxlanılmasının özünün qlobal statusunu qoruyub-saxlamaqdan ötrü açar olduğunu vurğulayıb. Belə ki, hazırda Qarabağda sülhməramlı statusunu qoruyub-saxlamağa can atan Rusiya Laçın yolu ilə silah qaçaqmalçılığına da icazə verib.
İsrailli politoloqun qənaətinə əsasən, qərblilər anlamalıdırlar ki, Qarabağdakı ermənilər üçün ən yaxşı gələcək onların Azərbaycanın bərabərhüquqlu vətəndaşları kimi ölkəmizə inteqrasiyasıdır. Amma bunun baş verməsi üçün beynəlxalq ictimaiyyət Rusiya sülhməramlılarının nəzarəti altında reallaşan silah qaçaqmalçılığını qınamalı və bu qanunsuzluğa son qoymağa çalışan Azərbaycana rəğbətlə yanaşmalıdır, çünki silah qaçaqmalçılığı iki tərəf arasında uğurlu sülhə ciddi maneədir.
Məqalənin sonunda sabiq nazir Laçın dəhlizi boyu gerçəkləşdirilən silah qaçaqmalçılığını qətiyyətlə pislədiyini və bu ərazidə son günlər baş vermiş insan itkilərinə görə dərin təəssüf hissi keçirdiyini dilə gətirib.
Məqaləni ətraflı şəkildə bu link-ə daxil olaraq oxumaq mümkündür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Banqladeş prezidenti istefa verdi
15:49 24.07.2026
Gündəm
"Trampa qarşı təhdid realdır, amma..." - ŞƏRH
15:35 24.07.2026
Gündəm
Putinə ilk dəfə modernləşdirilmiş Yak-130M nümayiş etdirildi
15:16 24.07.2026
Dünya
QHT-nin növbəti görüşü Xaçmaz bələdiyyəsində olub
14:57 24.07.2026
Ölkə
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
14:49 24.07.2026
Ekologiya
Amnistiya Təşkilatı Netanyahunun həbsinə çağırdı
14:43 24.07.2026
Dünya
Xocalı və Ağdərə rayonlarına növbəti köç olub
14:38 24.07.2026
Sosial
Tiflisə getmək istəyənlərə sevindirici xəbər
14:23 24.07.2026
İnfrastruktur
Azərbaycan Türkiyəyə yeni səfir təyin edib
13:51 24.07.2026
Gündəm
CHP parlamentdə 5-ci yerə gerilədi
13:37 24.07.2026
Siyasət
Tacir Şahmalıoğlu Bakıdan Ağdama köçür
13:03 24.07.2026
Mədəniyyət
Yəmən tarixində ilk: Qadın XİN başçısı seçildi
12:59 24.07.2026
Dünya
Ağ Evdə gərgin görüş: Tramp İran liderlərini söydü
12:06 24.07.2026
Gündəm
Özgür Özəl CHP-dən istefa etdi, YENİ Partiyanı qurdu
12:05 24.07.2026
Siyasət
Bakıda iki avtobus toqquşub, 22 nəfər xəsarət alıb
11:55 24.07.2026
Hadisə
Azərbaycan lideri Şavkat Mirziyoyevə zəng edib
11:18 24.07.2026
Gündəm