Komissiya: "Facebook" üzərindən ölkəmizə qarşı hibrid təhdidlər davam edir
12:01 06.08.2025
Siyasət
424
Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası qonşu dövlətlərdən birinin ərazisindən ölkəmizə qarşı aparılan qeyri-dost fəaliyyətlərin sosial media və sosial şəbəkə platforması olan “Facebook” vasitəsilə hələ də davam etdiyini müşahidə edir.
Sherg.az xəbər verir ki, bu məlumat Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının ölkəmizə qarşı aparılan informasiya kampaniyasına dair açıqlamasında öz əksini tapıb.
Belə ki, bir sıra səhifələr (“Echo of Baku”, “Azeri Horizon”, “Xəbər24”, “Merry you”, “Azerbaijan Pulse”, “Az insight” və s.) vasitəsilə adıçəkilən platforma üzərindən Azərbaycan Respublikasının informasiya məkanına hədəfli müdaxilə cəhdləri edilərək ölkəmizdə ictimai fikri çaşdırmağa, dövlətin apardığı uğurlu daxili və xarici siyasətə kölgə salmağa çalışılır.
Geosiyasi manipulyasiya xarakterli məlumatlar Azərbaycan dilində “Facebook”da paylaşıldıqdan sonra istifadəçilərdən “Telegra.ph” kimi platformalara keçid etməkləri istənilir ki, bu da öz növbəsində bir sıra istifadəçi məlumatlarının (IP ünvan, istifadə olunan cihaz və s.) ələ keçirilməsinə səbəb ola bilər.
Vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, bu cür informasiya əməliyyatlarına qarşı müvafiq dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə daim lazımi tədbirlər görülür. Eyni zamanda, qeyd etməliyik ki, “Meta” şirkətinə edilən müraciətlər nəticəsində Azərbaycana qarşı fəaliyyət göstərən həmin səhifələrin bağlanmasına nail olunmuşdur.
Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya vətəndaşlarımızı diqqətli olmağa, bu cür məlumatlara inanmamağa çağırır, ölkəmizə qarşı istifadə edilən hibrid təhdid metodları və alətləri ilə bağlı müntəzəm olaraq ictimaiyyəti məlumatlandırır.
Oxşar xəbərlər
Avropa Komissiyasının Prezidenti: Regional əlaqələndirmə üzrə investisiya konfransının Bakıda keçirilməsini istəyirik
20:42 01.07.2026
Emi Karlon: Azərbaycanla strateji tərəfdaşlıq Cənubi Qafqazda sülh və inkişafı gücləndirəcək
20:24 01.07.2026
Lyayen: Azərbaycan nadir ölkələrdəndir ki, regional sabitliyi və inkişafı irəli apara bilər
20:17 01.07.2026
Xəbər lenti
Hamısına bax
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya