Millət vəkili: "Qərbi Azərbaycan İcmasının bəyanatı İrəvanı narahat etməməlidir"
Millət vəkili: "Qərbi Azərbaycan İcmasının bəyanatı İrəvanı narahat etməməlidir"
10:30 17.09.2024
Siyasət
514
"Qərbi azərbaycanlıları doğma yurdlarına güc yolu ilə qaytarmaq niyyətində deyilik"
"Qərbi Azərbaycan İcmasının bəyanatı İrəvanı narahat etməməlidir. Çünki mühacirət hökumətinin yaradılması və 35 ildən çox qaçqınlıq həyatını yaşamış azərbaycanlıların öz doğma yurdu olan Qərbi Azərbaycana qayıtması onların haqqıdır".
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputat bildirib ki, Ermənistan 1980-ci illərin sonlarında 300 min azərbaycanlını güc yolu ilə öz doğma yurdlarından deportasiya edib:
"Onların uzun illər qurub-yaratdıqları əmlaklarını, mülklərini əllərindən alınaraq talan olunub. Bu gün isə Azərbaycan dövləti güclənmiş və deporatsiyaya məruz qalmış soydaşlarının haqlarını müdafiə etmək gücündədir. Qərbi Azərbaycan İcması azərbaycanlıları öz doğma yurdlarına güc yolu ilə qaytarmaq niyyətində deyil. Onlar beynəlxalq hüquq normaları çərçivəsində, dinc yolla öz doğma yurdlarına qayıtmalıdırlar. Qarabağdan öz xoşları ilə könüllü şəkildə çıxmış ermənilərin geri qayıtmasından danışanlar azərbaycanlıların Qərbi Azərbaycana qayıtmaqla bağlı xəbərlərini niyə qısqanclıqla qarşılamalıdırlar? Biz Qarabağdan könüllü çıxmış ermənilərin geri qayıtması üçün prosedor qaydalarını müəyyənləşdirərək müraciət üçün elektron portal yaratmışıq. Eyni portalı Ermənistan Qərbi Azərbaycana qayıdacaq azərbaycanlılar üçün də yaratmalıdır. Qərbi azərbaycanlılar öz doğma yurdlarına qayıtması üçün Ermənistan hökumətinə müraciət etməyə elektron portalın yaradılmasını istəyirlər".
Parlamentari qeyd edib ki, Ermənistan hökuməti də deportasiya etdilmiş azərbaycanlıların geri qayıtması üçün şərtlərini açıqlasın:
"Biz Qarabağa qayıtmaq istəyən ermənilərə vətəndaşlığımızın alınmasından sonra mümüknlüyü ilə bağlı şərtimizi açıqladığımız kimi Ermənistan hökuməti də azərbaycanlıların qayıtması üçün şərtlərini açıqlasın. Əks halda ermənilərin Qarabağa qayıdışı mümkün olmayacaq. Beynəlxalq hüquq normaları bütün xalqlar üçün eyni olmalıdır. Bu baxımdan kimlərinsə dəstəyi ilə ermənilərin üstünlük qazanması mümkün deyil. Bir daha vurğulamaq istəyirəm ki, azərbaycanlıların Qərbi Azərbaycana qayıtması ilə bağlı açıqladığı bəyanatlar ermənilərdə heç bir halda narazılıq yaratmamalıdır. Biz qonşu ölkələrik və gələcəkdə qonşuluq münasibətlərini bərpa edərək yaşamağa davam etməliyik. İki ölkə arasındakı mübahisəli məsələləri qarşılıqlı anlaşma yolu ilə həll etməyin alternativi yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm