Moldova nəşri: “Minalar Azərbaycan və Ukraynada uşaqları öldürməkdə davam edir”
Yusif Nəzərli
13:36 06.05.2023
Siyasət
649
Azərbaycan və Ukraynada mina partlayışları nəticəsində uşaqlar ölməkdə davam edirlər.
“Report” xəbər verir ki, bu barədə Moldovanın “Ziarulnational”ın nəşrində dərc olunan məqalədə deyilir.
Bildirilib ki, Ukraynada müharibə başlayandan bəri minalar 6 uşaq daxil olmaqla, 124 nəfərin həyatına son qoyub:
“Azərbaycanda isə 2020-ci ilin noyabr ayından bəri 9 uşaq və yeniyetmə daxil olmaqla, 300-ə yaxın insan mina qurbanı olub”.
Məqalədə Ukrayna və Azərbaycanda mina partlayışları nəticəsində ölən iki oğlanın - Daniil və Qismətin hekayələrindən bəhs edilir.
Müəllif qeyd edib ki, 2022-ci ilin martında Daniil Xarçenkonun ailəsi o vaxt Çerniqov vilayətinin böyük hissəsini işğal etmiş Rusiya qoşunlarından avtomobillə qaçmağa cəhd edib:
“Çerniqov-Kiyev şosesində onların avtomobili minaya düşüb: uşaqlar diri-diri yanıb, anası partlayış nəticəsində avtomobildən kənara düşüb və o da həyatını itirib”.
Məqalədə bildirilib ki, 2021-ci ilin iyununda isə Azərbaycanın Kəlbəcər rayonunun kəndlərindən birində yaşamış 11 yaşlı Qismət Bayramov atasının itən atlarını axtarmaq üçün evdən çıxıb:
“O, kəndli ailəsində böyüdüyü üçün bu məşğuliyyət onun üçün yeni deyildi. Amma bu dəfə oğlan evə qayıtmayıb. Onu üç aya yaxın axtardılar. Sentyabrın sonunda istehkamçılar kəndin yaxınlığındakı dağlıq ərazidə itkin düşən Qismətin cəsədinin qalıqlarını tapdılar”.
Müəllif vurğulayıb ki, əraziləri minalardan tam təmizləmək üçün Azərbaycan və Ukraynaya təxminən eyni maliyyə vəsaiti və təqribən 30 il vaxt lazımdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təsdiqləyib
21:48 23.07.2026
Dünya
Cəbrayılda mina partladı: xəsarət alan var
21:12 23.07.2026
Hadisə
Xankəndidə kafedə yanğın olub, iki nəfər xəsarət alıb
20:55 23.07.2026
Hadisə
Tramp: İrana qarşı əvvəlkindən daha böyük hücum planlaşdırıram
20:41 23.07.2026
Dünya
İranın "Türkiyə möhkəm dayandı" mesajının şifrəsi - TƏHLİL
20:26 23.07.2026
Gündəm
Tramp İrana yeni hücumun anonsunu verdi - ANALİZ
20:21 23.07.2026
Gündəm
İran rejimi daxildən dağılma mərhələsinə daxil olub - Analitik
19:43 23.07.2026
Gündəm
Əraqçi Qırğızıstana yollanıb
19:20 23.07.2026
Dünya
Avropada benzinin qiyməti qalxdı
19:03 23.07.2026
İqtisadiyyat
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
18:55 23.07.2026
İnfrastruktur
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region