MSK bələdiyyə seçkilərində namizədlərin qeydiyyatı prosesinə dair seminar keçirib
08:07 19.12.2024
Siyasət
292
2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramı çərçivəsində müxtəlif statuslu seçki subyektləri üçün fərqli istiqamətlər üzrə layihələr davam etdirilir.
Sherg.az xəbər verir ki, genişmiqyaslı proqrama əsasən dekabrın 19-da bələdiyyə seçkilərində namizədlərin qeydiyyatı prosesinə dair seminar təşkil olunub.
Qeyd etmək lazımdır ki, namizədliyin qeydə alınması üçün təqdim olunan imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə dairə seçki komissiyaları nəzdindəki işçi qruplarını əhatə edən bu layihə ənənəvi şəkildə gerçəkləşdirilməklə, onların fəaliyyətinin daha da təkmilləşdirilməsinə mühüm töhfələr verib və sonuncu belə tədbir qısa müddət əvvəl ölkəmizdə Milli Məclisə seçkilər zamanı reallaşdırılıb. Bütün sadalananlar nəzərə alınaraq, budəfəki seminar bələdiyyə seçkilərində namizədlərin irəli sürülməsi və qeydə alınması prosesinin dinamik və intensiv davam etdiyi bir mərhələdə müxtəlif aidiyyəti məsələlərin və təcrübədə ortaya çıxan halların tam praktiki müzakirəsinə həsr olunub.
Seminar Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımovun açılış nitqi ilə başlayıb. O, çıxışında bir sıra məqamlarla yanaşı, Komissiya tərəfindən ardıcıl, sistemli şəkildə həyata keçirilən maarifləndirmə layihələrindən danışıb, bu layihələrin seçkilərin yüksək səviyyədə hazırlanıb, azad, ədalətli və şəffaf keçirilməsindəki əhəmiyyətini xüsusi vurğulayıb. R.Qasımov, həmçinin bələdiyyə seçkilərində vətəndaşların birbaşa Konstitusiya ilə təsbit edilmiş passiv seçki hüquqlarının daha səmərəli təmin olunmasında dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən işçi qruplarının üzərinə böyük məsuliyyət düşdüyünü xatırladı, onların öz vəzifə və səlahiyyətlərini yerinə yetirərkən qanunvericiliyin tələblərinə dəqiqliklə əməl etmələrinin zəruriliyini diqqətə çatdırıb.
Tədbirin açılışından sonra gündəliyə uyğun olaraq, Komissiya üzvlərinin bələdiyyə seçkilərində passiv seçki hüququnun mənsubiyyəti və onun realizə imkanları, namizədlərin qeydə alınması prosesinin qanunvericilik əsasları və qaydaları, eləcə də işçi qrupunun fəaliyyətinin praktiki aspektləri, əldə olunmuş təcrübə barədə təqdimatları dinlənilib. Əyani vəsaitlərdən də istifadə edilməklə keçirilən təqdimatlarla iştirakçılar mövzularla bağlı ətraflı məlumatlandırılıb.
Seminarın praktiki hissəsi bələdiyyə seçkilərində namizədliyin irəli sürülməsi və qeydə alınmasına dair müxtəlif məsələlər ətrafında geniş müzakirə, sual-cavab sessiyası ilə öz işini davam etdirib.
Media subyektlərinin nümayəndələri tərəfindən geniş işıqlandırılan seminarda namizədliyin qeydə alınması üçün təqdim edilən imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə bələdiyyə seçkiləri keçirilən 118 seçki dairəsi üzrə dairə seçki komissiyalarının hər birinin nəzdində fəaliyyət göstərən işçi qrupunun rəhbəri iştirak edib.
Oxşar xəbərlər
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Rəsmi Daşkənd: Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində çox mühüm sənədlər imzalanıb
17:27 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
16:42 23.08.2026
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi