Müharibədən sonra regiona maraq artıb
08:43 13.07.2021
Siyasət
578
Zəngəzur dəhlizinin açılması Avropanın da maraqlarına uyğundur
“Avropa İttifaqının Cənubi Qafqaz siyasəti post-münaqişə dövrünə əsasən reallaşır”. Bu fikirləri siyasi şərhçi Məhəmməd Əsədullazadə "Şərq"ə açıqlamasında bildirib. Onun sözlərinə görə, Qarabağ münaqişəsinə son qoyulması, Avropa İttifaqının regiona diqqətinin artması, xüsusilə Azərbaycanla əlaqələri yeni inkişaf mərhələsinə qaldırmaq strategiyasını oratya qoyub: “Avropa İttifaqı ilə Şərq tərəfdaşlığı proqramına uyğun olaraq, yeni əməkdaşlıq məhz post-müharibə dövrünə uyğun olaraq reallaşacaq. Məhz bunu Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varheyinin qeyd etməsi, göstərir ki, Brüssel artıq münaqişənin bitdiyini qəbul edir.
Son bir ay ərzində Avropa İttifaqının rəsmilərinin regiona səfəri, Azərbaycanla əlaqələrə önəm verilməsi, sıx siyasi-iqtisadi inkişaf prosesinin başlanmasına dəlalət edir. İkitərəfli əlaqələrin bu tempdə davam etməsi, qısa bir müddətdə Azərbaycan və Avropa İttifaqı arasında çərçivə sazişinin bağlanmasına gətirib çıxaracaq.
Avropa İttifaqı Qafqaz və Mərkəzi Asiyaya açılım etməklə, Çinlə Rusiya üzərindən kənar iqtisadi-siyasi əlaqələri onu etdirəcək. Bu da Azərbaycanın regionda nəqliyyat və logistika habı olaraq İttifaq üçün xüsusi əhəmiyyətini artıracaq. Bu da gələcəkdə ölkəmizə siyasi-iqtisadi dəstəyin verilməsi ilə nəticələnəcək.
Avropa İttifaqı məhz Cənubi Qafqazda Rusiyanın mövqeyini zəiflətmək, buradan Mərkəzi Asiyaya açılım siyasətini həyata keçirməyi qarşısına məqsəd qoyub. Əfqanıstanda "Taliban"ın hakimiyyətə gəlməsi Avropanın bu siyasətinin qarşısını almayacaq. Yeni dünya nizamı qurulur, beynəlxalq siyasi müstəvidə daşlar yerindən oynayır. Bu da hər bir regional və beynəlxalq gücün öz tərəfdaş seçməsinə, iqtisadi və logistika yollarına nəzarət etməsinə gətirib çıxarır. Bu xüsusda Avropanın şansı daha da yüksək görünür”.
Siyasi şərhçinin sözlərinə görə, Avropa İttifaqının bu siyasəti daha da çevik, regionda real sülhün əldə edilməsinə töhfə verə bilər:
“Xüsusilə Ermənistanda N.Paşinyan hakimiyyəti ilə sıx əməkdaşlıq formatı çərçivəsində Brüssel Ermənistanı 10 noyabr və 11 yanvar razılaşmalarına əməl edilməsini təşviq edə bilər. Çünki Zəngəzur dəhlizinin açılması Avropanın da maraqlarına uyğundur. Azərbaycanla Ermənistan arasında əlaqələrin bərpası, məhz Avropa İttifaqının strateji maraqlarına cavab verir. Ona görə də arda-arda Avropa rəsmilərinin səfərləri buna dəlalət edir. Azərbaycanda Avropa İttifaqı ilə sıx əməkdaşlığı inkişaf etdirməklə, Rusiyanın və ABŞ-ın gündəmə daşıdığı Minsk qrupunun fəaliyyətinə, həmçinin onların iddia etdiyi "status" məsələsini neytrallaşdıra bilər. Avropa İttifaqı münaqişənin yenidən qızışdırılmasında maraqlı deyil.
Ona görə də rəsmi Bakı İttifaqla çərçivə sazişinin bağlanmasını gecikdirməməli və Brüsseli Zəngəzur dəhlizinin açılması istiqamətində proseslərə cəlb etməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual