Nənələrin əlini öpənlər: Namizədlərin davranışı gülüş və ikrah doğurur - SƏBƏB
Fidan Həmişəyeva
09:50 27.01.2020
Siyasət
1003
Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək deputatlığa namizədlər təşviqat kampaniyasını davam etdirirlər. Onlar təmsil etmək istədiyi dairənin seçiciləri ilə görüşür, platformalarını açıqlayır, nə iş görəcəkləri haqqında məlumat verirlər.
Seçiciləri ilə görüşdə müxtəlif təşviqat üsuluna əl atırlar ki, bunlardan biri də yaşlı seçicilərin əlini öpməkdir. Bəzi namizədlər bundan istifadə edib. Amma onların bu təşviqat üsulu sosial şəbəkələrdə lağlağı predmetinə çevrilib. Şəbəkə istifadəçiləri deputat olmaq istəyənlərin belə addım atmasını qeyri-səmimi adlandıraraq, yaşlılardan sadəcə öz reklamları üçün istifadə etdiklərini iddia edirlər.
Mövcud durumla bağlı Sherg.az-a danışan siyasi şərhçi, deputatlığa namizəd Azər Həsrət bildirib ki, əksər namizədlər illərlə heç kimin qapısını döyməsələr də, seçki qabağı olduqca fəallaşırlar.
Analitik qeyd edib ki, əhalinin belə namizədlərə yenidən səs verməsi çətindir:
“Düzünü desəm, namizədlərin görüş zamanı yaşlı nənələrin əlini öpməsi məndə də ikrah hissi doğurur. Çünki, illərlə heç kimin qapısını döyməyən, xalqın arasında olmayan deputatlar yenidən namizədliyini irəli sürüblər. Həmin şəxslər guya xalqın içindəymiş kimi görüntü yaratmağa cəhd göstərirlər. Sosial media dövründə yaşayırıq, hər kəsin harada necə davrandığı görünür. Heç nəyi gizlətmək və kimlərisə aldatmaq olmaz. Ümumiyyətlə, hazırda elə bir seçki kampaniyası gedir ki, burada yalnız və yalnız olduğun kimi görünməli, göründüyün kimi olmalısan. Baxıram ki, bəzi namizədlər gedib haradasa yaşlı nənə və yaxud şəhid anası tapıb onun əlini öpüb, boynuna sarılırlar. Ətraflarına 3-5 adam toplayıb hansısa şəhidin ailəsini ziyarət edirlər, şəkil-video çəkib bunu paylaşırlar. Əlbəttə, bu əhalidə ikrah hissi doğurur. Çünki bu namizədlər deputat olduqları dönəmdə həmin şəhid ailələrinin qapısını bir dəfə də döyməyiblər, həmin yaşlı nənələrin əlini öpmək nədir, heç gedib onlara baş çəkməyiblər. Bəs indi nə oldu? Seçki kampaniyasında fəallaşırlar və gedib əl öpürlər. Bu olanlar çox pis görüntüdür. Ümid edirəm ki, Azərbaycan xalqı xüsusilə də, seçicilər bu cür yalan görüntülərlə onları aldatmaq istəyənlərə öz yerini göstərəcəklər. Seçicilər belə qeyri-səmimi insanlara bir daha səs verməməlidir, yəqin ki, verməyəcəklər də. Seçki prosesində iştirak edən bir şəxs olaraq belə görüntülərdən qaçırıq. Çalışırıq ki, insanların hissləri-duyğuları ilə özümüzə reklam qurmayaq. Təəssüflər olsun ki, bəzi şəxslər bundan sui-istifadə edirlər. Əlbəttə, bütün bunlar saxta görüntlərdir və həmin namizədlərin də saxta olduğunu sübut edir. Çox güman ki, belə namizədlər seçicilərdən səs ala bilməyəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya