Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəzanın səbəbi açıqlanıb
08:24 17.06.2025
Siyasət
343
Oğuz-Qəbələ-Bakı magistral su kəmərində baş verən qəzanın səbəbləri açıqlanıb.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Report"un sorğusuna cavab olaraq deyilir ki, bu cür qaza hallarında təmir-bərpa prosesində əsas vaxt texniki təmir işlərinə deyil, boru kəmərinin tam su ilə boşaldılması və sonradan təzyiqə uyğun şəkildə yenidən doldurulması mərhələlərinə sərf olunur.
“Bu proseslərin hər biri təxminən 24 saatdan artıq vaxt aparır və ciddi nəzarət və təhlükəsizlik tədbirləri çərçivəsində həyata keçirilir. Qəza zamanı bu kəmərlə qidalanan ünvanların su təchizatı gün ərzində alternativ mənbələr hesabına, fasilələrlə təmin olunur. Hazırda qəzanın aradan qaldırılması istiqamətində qəza briqadası tərəfindən operativ və mütəzəm işlər davam etdirilir”, - deyə məlumatda deyilir.
Məlumatda qeyd edilib ki, su kəməri şüşə lifli (GRP) borularla inşa olunub: “Bu tip boruların əsas üstünlüklərindən biri korroziyaya qarşı dayanıqlı olmasıdır. Lakin GRP borular spesifik texniki xüsusiyyətlərinə görə yüksək həssaslığa malikdir və istismar zamanı hidravlik gərginliklər və ya mexaniki təsirlər nəticəsində lokal qəzalar baş verə bilər”.
Qurumdan bildirilib ki, əhalidə çaşqınlıq yaratmamaq məqsədilə suyun verilişində fasilə yaranan ərazilər konkret küçə adları ilə deyil, ümumi şəkildə qeyd olunur: “Hazırda bəzi informasiya saytlarında fasilənin tətbiq olunduğu ərazilər qeyd edilsə də, faktiki olaraq həmin ərazilər qeyd olunanlarla məhdudlaşmır”.
Qeyd edək ki, Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar Bakı şəhəri və Abşeron yarımadasının bəzi ərazilərinə su təchizatında müvəqqəti fasilə yaranacaq. İşlər yekunlaşdıqdan sonra suyun iyunun 20-dən suyun əvvəlki rejimlə verilməsi bərpa olunacaq
Oxşar xəbərlər
Xameneinin dəfnində Azərbaycandan Sahibə Qafarova, Şahin Mustafayev və digər rəsmilər iştirak edəcək
19:06 02.07.2026
Avropa Komissiyasının Prezidenti: Regional əlaqələndirmə üzrə investisiya konfransının Bakıda keçirilməsini istəyirik
20:42 01.07.2026
Xəbər lenti
Hamısına bax
Drezdendə Avropanın ən böyük çip zavodlarından biri açıldı
23:56 02.07.2026
Texnologiya
Hakan Fidan: Ankarada “NATO 3.0” konsepsiyası qəbul ediləcək
22:51 02.07.2026
Gündəm
Netanyahu ilə həyat yoldaşı arasında gərgin anlar kameraya düşüb
22:34 02.07.2026
Gündəm
Avropanın ən hündür vulkanı aktivləşdi
22:18 02.07.2026
Dünya
Rusiya səfirliyə edilən hücumla bağlı İsveç XİN-ə nota göndərib
21:47 02.07.2026
Dünya
Şeyx Xameneinin dəfnində iştirak etməyəcək - Səbəb
21:31 02.07.2026
Cəmiyyət
Belarusdan Rusiya ilə bağlı - Xəbərdarlıq
20:58 02.07.2026
Dünya
SEPAH İrana keçən kürd silahlı qrupunun məhv edildiyini açıqlayıb
20:45 02.07.2026
Region
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
20:33 02.07.2026
Dünya
Niderland Ukraynaya qoşun göndərməyə hazırdır
19:58 02.07.2026
Dünya
Xamenei həyat yoldaşının vida mərasiminə qatılmadı - Müəmma
19:42 02.07.2026
Region
Özbəkistan Prezidenti Gürcüstana səfər edib
19:35 02.07.2026
Gündəm
Azərbaycanda “kağızsız hökumət” modeli qurulur - RƏY
19:19 02.07.2026
Gündəm
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
19:18 02.07.2026
Cənubi Qafqaz