Ermənistan Baş naziri Nikol Paşinyan iqtisadiyyat üzrə Nobel mükafatı laureatı və məşhur iqtisadçı Abhicit Banercini qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin saytında məlumat verilib.
Paşinyan Banercinin Ermənistana səfərini alqışlayıb və siyasətlərin hazırlanması, proqramların təsirlərinin qiymətləndirilməsi və digər istiqamətlərdə əməkdaşlığın vacibliyini vurğulayıb. O qeyd edib ki, Ermənistan hökuməti bütün sahələri əhatə edən genişmiqyaslı islahatlar həyata keçirir. Bu baxımdan Nikol Paşinyan müxtəlif qurumlar, Mərkəzi Bank və Abhicit Banerci arasında fəal dialoqun və təcrübə mübadiləsinin zəruriliyini söyləyib.
Abhicit Banerci də islahatların daha səmərəli şəkildə aparılması məqsədilə Ermənistanla əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.
Görüş zamanı gələcək əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.