“Paşinyanın “Yeni saziş“ planı pozuldu” – ŞƏRH
Fidan Həmişəyeva
13:30 20.05.2021
Siyasət
586
“Ermənistanın Baş naziri Nikol Paşinyanın “Azərbaycanla yeni saziş imzalayacağıq” açıqlaması İrəvanda aləmi bir-birinə qatıb”.
Bu sözləri “Sherg.az”a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu söyləyib.
Analitik qeyd edib ki, Ermənistanda müxalifət yenə hərəkətə keçib, ancaq yalnız müxalifətmi narazıdır?:
“Ermənistan prezident Armen Sərkisyan, hətta Paşinyanın partiyadaşı, parlamentin təhlükəsizlik komitəsinin sədri Andranik Köçəryan sənəd barədə məlumatları olmadıqlarını deyiblər.
Prezident Paşinyanı bir az daha sancaraq, “sənəd üzərində iş açıq getməli və ictimai müzakirələr getməlidir” fikirini səsləndirib. Başqa sözlə bu məsələdə prezident müxalifətin yanında yer alıb.
Paşinyanla yola getməyən ombudsman Arman Tatoyan da fürsətdən istifadə edərək bu sözlərlə hücuma keçib: “Hakimiyyət xalqın həyatı və təhlükəsizliyi ilə bağlı məlumatları gizlətməməlidir”.
Nikol Paşinyan elan edib ki, guya üzərində iş gedən sənəd 100 faiz Ermənistanın maraqlarına cavab verir. Buna kimsə inanmır. Ona görə inanmırlar ki, Paşinyan Ermənistanın müharibədə məğlubiyyətini də qələbə kimi qələmə verməyə hazırdır.
Azərbaycan qalibdir və şərtləri diqtə edən tərəfdir. Belə olan halda yeni saziş necə 100 faiz Ermənistanın maraqlarına cavab verə bilər?
Əlbəttə, biz güzəşt olaraq həbsxanalarımızda saxlanılan ermən terrorçularını geri göndərə bilərik. Görünür, Paşinyan bunu uğur kimi cəmiyyətinə təlqin etmək istəyəcək. Ancaq Paşinyan bunun müqabilində Azərbaycanın da bir sıra şərtlərini yerinə yetirmək məcburiyyətində qalacaq.
Paşinyan bunu parlament seçkisində sonra elan etmək istəyərdi. Ancaq onun tənqidçisi Minasyan sənəd haqqında məxfi məlumatı yaymaqla Paşinyanın planlarını pozdu”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə
DİN motosiklet və skuter sürücülərinə xəbərdarlıq etdi
10:47 13.10.2026
İnfrastruktur
Bakıda oğul anasını bıçaqladı
10:45 13.10.2026
Hadisə
“Roşka” ləqəbli tiktokerə hökm oxundu
10:41 13.10.2026
Cəmiyyət
İsraildə hava limanında təyyarədə bomba olması xəbəri yayılıb
10:39 13.10.2026
Dünya
Bu aviaşirkətlər Səudiyyəyə uçuşları dayandırdı
10:34 13.10.2026
Dünya
“Zelenski razılaşma əldə etmək istəmir”: Trampdan AÇIQLAMA
10:33 13.10.2026
Dünya