Qərb sakit durmayacaq! – “…Rusiya parçalanar”
Yusif Nəzərli
10:13 22.02.2022
Siyasət
1209
Türkiyə Xarici İşlər Nazirliyi “Donetsk” və “ Luqansk” ın “müstəqilliyi”nin Rusiya tərəfindən tanınması ilə bağlı bəyanat yayıb. Bəyanatda rəsmi Moskvanın bu açıqlamasının Minsk razılaşmalarını və Ukraynanın ərazi bütövlüyünü pozan qəbuledilməz olduğu qeyd olunub: “Türkiyə tərəfləri beynəlxalq hüquqa riayət etməyə çağırır”.
Azərbaycan Demokrat Partiyasının(ADP) sədri Sərdar Cəlaloğlu“Sherg.az”a açıqlamasında mövcud durumda Türkiyənin bu addımının kifayət qədər yerində olduğunu bildirib:
“ Təkcə rəsmi Ankara deyil, eyni zamanda Avropa İttifaqı, İtaliya, Polşa, İsveç də Rusiyanın bu addımını pislədi. Ümumiyyətlə , Rusiya Donetsk və Luqansk ın “müstəqilliyi”ni tanımaqla dünyada separatizm hərəkatına təkan verdi. Bu gün dünyada yüzə yaxın ölkə var ki, onların ərazisində separatçı hərəkatlar var. Rəsmi Moskva bu açıqlaması onlar üçün qol-qanad oldu.Elə Rusiyanın öz ərazisində onlarla belə muxtariyyət var. Hazırda onlar da tanınsa, Rusiya parçalanar”.
S.Cəlaloğlu rəsmi Moskvanın bu addımın bütövlükdə beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb:
“Beynəlxalq hüquqa görə belə strukturları hansı dövlətin ərazisindədirsə əvvəlcə həmin dövlətin özü daha sonra başqa ölkələr onu tanımalıdır.Digər tərəfdən bu başqa ölkənin daxili işlərinə qarışmaqdır. Ukrayna daxilindəki bu strukturlardan da hansınınsa Rusiyanı tərəf müqavili kimi seçmək hüququ yoxdur”.
Partiya sədrinin fikrincə, Rusiya indi açıq-aşkar Ukraynanın seçdiyi hərbi postda onu dayandırmaq,ondan siyasi-hərbi təzminat almaq üçün addımlar atır:
“Bunun müqabilində Qərb təbii ki, sakit durmayacaq və Rusiyaya qarşı çox ciddi sankisayalar tətbiq edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni qanun korrupsiyanın qarşısını ala bilməyəcək - Tural Abbaslı
16:39 30.10.2026
Aktual
Anar Əliyev Şuşada vətəndaşları qəbul edib
16:21 30.10.2026
Sosial
ADAU-da müəllimlərin kütləvi ixtisarı aparılıb
16:03 30.10.2026
Elm və Təhsil
Gəncədə yanğın-taktiki təlimi keçirilib
15:36 30.10.2026
Hadisə
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm