
"Qızıl almaya"doğru: Şuşa Bəyannaməsi türk millətlərini vahid ideal uğrunda birləşməyə səsləyir
05:10 16.06.2025
Siyasət
408
Azərbaycanla Türkiyənin birliyi Yaxın Şərqin və Qafqazın təhlükəsizliyi, inkişafı, gələcəyi üçün təməl və təkandır. Bu birliyə qarşı yüz ildən artıq mübarizə aparan böyük güclər öz istəklərinə nail ola bilməyiblər. Türk dövlətlərinin bir-birinə yaxınlaşmasına qarşı bütün cəhdlər uğursuzluğa düçar olub. 2021-ci il iyunun 15-də prezidentlər İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərində imzaladıqları Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə iki qardaş dövlətin əlaqələrinin zirvəsi kimi bunun təsdiqidir. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Orada qeyd edilib ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar. Bəyannamənin 15 İyun - Milli Qurtuluş Günündə məhz Şuşada imzalanması təsadüfi deyil. Bundan sonra 15 iyun həm Milli Qurtuluş Günü, həm də Şuşa Bəyannaməsinin imzalandığı gün kimi tarixdə qalacaq. Şuşa Bəyannaməsi diplomatiya tariximizin ən mühüm sənədlərindən biri hesab olunur. Bu sənəd siyasi-diplomatik, milli-mənəvi, həm də hərbi-strateji əhəmiyyət daşıyır.
Milli Məclisin sədr müavini Musa Qasımlı "Sherg.az"a deyib ki, 2021-ci il iyunun 15-də - Milli Qurtuluş Günü bayram edilərkən cənab Prezidentimiz İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsi mahiyyətinə görə, ikitərəfli münasibətlər çərçivəsini aşır.
Deputat vurğulayıb ki, Şuşa Bəyannaməsi bütün türk dünyasının əməkdaşlığının güclənməsinə təsir edir, türk millətlərini vahid ideal uğrunda birləşməyə səsləyir:

"Bəs türk millətlərinin idealı nədir? Bir tarixi sənəddə yazılan məlumatı sizinlə bölüşürəm. Türkiyə üzrə mütəxəssis, kəşfiyyatçı və Rusiya diplomatı Mixail Pavloviç Veltmana Türkiyədə kommunist hərəkatının perspektivlərini öyrənib məruzə hazırlamağı tapşırırlar. O, Bakıda yerləşən Türkiyə Kommunist Partiyasının Xarici Bürosundan aldığı materialların əsasında bu tapşırığı yerinə yetirir və 1921-ci ilin aprelində sovet rəhbəri Vladimir Leninə məxfi bir məruzə göndərir. Məruzədə türklərin idealı barədə belə yazırdı: "Türklər üçün ideal türk millətlərinin birləşməsidir, Qızıl almadır". Regionumuzda yaranmış mürəkkəb şərait türk millətlərinin idealı olan Qızıl almanın gerçəkləşdirilməsini zəruri edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Daha 17”nin ulduzları eşq yaşayır?
04:50 19.08.2026
Şou
Gündə beş fincan qəhvə içməyin təəccüblü faydası
04:14 19.08.2026
Sağlamlıq
Bu, Moskva üçün qəbuledilməzdir - Uşakov
02:57 19.08.2026
Region
Bununla müharibə yenidən başlayacaq - Arakçı
01:26 19.08.2026
Aktual
İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
01:04 19.08.2026
Aktual
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər
00:43 19.08.2026
Dünya
İsrail HƏMAS komandirlərinin görüş yerini vurdu
23:42 18.08.2026
Gündəm
Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi
23:03 18.08.2026
Gündəm
Türkiyə İsrailin Suriyaya hücumlarını pislədi
21:57 18.08.2026
Dünya
Vəkil Elşad Məmmədov həbs edilib
21:43 18.08.2026
Hadisə
Türkiyəli deputat keçmiş partiyadaşı tərəfindən bıçaqlanıb
21:30 18.08.2026
Gündəm
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
21:03 18.08.2026
Dünya
“Neftçi” serbiyalı futbolçunu transfer etdi
20:50 18.08.2026
Futbol
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
20:35 18.08.2026
Dünya
Tramp BƏƏ Prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
20:26 18.08.2026
Gündəm