“Qardaş ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət siyasəti ilə yanaşı, həm də haqq işini bilən adamdır. O, bütün dünya liderlərinin “kürəyini yerə vurur”. Çünki həmişə həqiqəti deyir. Hətta sərt xarakteri ilə seçilən Rusiya prezidenti Vladimir Putin də Ərdoğandan öyrənəsi çox şeyin olduğunu anlayır. Təsadüfi deyil ki, o, bəzi hallarda Ərdoğanın “yerişini yeriməyə” çalışır. Ərdoğan yaxşı bilir ki, onun hədəfləri əngəllərlə qarşılaşacaq. Ona görə də həmişə xalqını hücumlara hazırlayır. Son proseslərdə Azərbaycanın Türkiyənin yanında olması həm də türk dünyasının birləşməsi istiqamətində atılan mühüm addımdır. Bu, digər dövlətlərə ibrət oldu. Fikrimcə, türk dövlətlərinin birliyinin davamı gələcək. Ərdoğan zamanında səpdiyi toxumların indi bəhrəsini görür. O, güclü Türkiyə istəyinə mütləq nail olacaq. Çünki xalqın birliyi qarşısında bütün dünya gücləri acizdir. Haqlı olan güclüdür. Güclü isə Türkiyədir. Deməli, qardaş ölkə hər zaman qalib olacaq!”.
Qlobal şəbəkələrin “anti-Türkiyə layihəsi”: “Qardaş ölkəni "yıxmaq" mümkünsüzdür"