Rusiya 200 ildir Ermənistana himayədarlıq edir
Yusif Nəzərli
09:07 11.10.2022
Siyasət
513
Mitinqlər, aksiyalar mənasızdır, Kreml bu ölkədən əlini üzməyəcək
Son günlər Ermənistanda Rusiya əleyhinə etirazlar baş qaldırıb.
Ermənistanın Gümrü şəhərində də Rusiyaya və KTMT-yə qarşı aksiya keçirilib.
Ermənistan parlamentinin keçmiş deputatı Naira Zöhrabyan sosial şəbəkə hesabında yazıb. O bildirib ki, aksiya iştirakçıları ölkənin KTMT-dən çıxmasını tələb ediblər və Rusiyaya qarşı şüarlar səsləndiriblər.
Qeyd edək ki, Ermənistan hakimiyyəti siyasi istiqaməti ciddi şəkildə dəyişərək, Rusiyanın orbitindən çıxmaq kursu götürüb. Bunun üçünsə Rusiyaya qarşı ictimai narazılığı körükləyir.
"Sherg.az"a danışan politoloq Qabil Hüseynlinin sözlərinə görə, Ermənistanın reallıqda Rusiyaya nəsə etməyə gücü və imkanı yoxdur: "Rusiyanın Gümrüdə hərbi bazası var. Ermənilər rusları hədələyirlər ki, guya, bazanı bağlayacaqlar. Amma reallıqda heç nə edən deyillər. Çünki Ermənistanın nəinki indiki, hətta gələcək vəziyyəti və mövcudluğu da Rusiyanın hərəkətlərindən asılıdır. Yəni Ermənistan Rusiyadan o dərəcədə asılıdır ki, bu ölkəyə qarşı heç nə edə bilməz. İndi də gənclərin mitinqini keçirməklə, sadəcə, süni ab-hava yaradırlar. Bildirirlər ki, guya, inciyiblər, guya KTMT-dən, Avrasiya Birliyindən çıxacaqlar. Hətta parlamentə belə bir qanun layihəsini çıxaracaqlarını deyirlər. Amma əslində, bunlar hamısı şantaj, həyasızlıq, cəfəngiyyat və boş hədə-qorxudur. Bütün bunlar erməni siyasətinin bir alətidir və faktiki olaraq arxasında heç nə durmur".
Rusiyanın 200 il ermənilərə himayədarlıq etdiyini xatırladan politoloqun sözlərinə görə, Rusiya ermənilərə torpaq verib, onlar üçün dövlət qurub. Ermənistanda hərbi hissələr belə yaradıb. Hətta bu gün ermənilərin sərhədlərini də Rusiya qoruyur: “Ermənistandakı istehsal müəssisələrinin bir çoxu rusiyalı sahibkarlara məxsusdur. İşləyən zavodlara görə də Ermənistan Rusiyaya borcludur. Bir sözlə, indiyə kimi ruslar ermənilərin qulluğunda dayanıb. İndi Baş nazir Nikol Paşinyanın qərbyönümlü siyasət yürütməsinə görə münasibətlərin soyuması dərhal erməniləri ürküdüb. Nəticədə Ermənistanda avantürist xarakterli mitinqlər başlayıb:
“Əslində ermənilərin siyasi mövqe dəyişməsi təəccüblü deyil. Onlar bunu özlərinə ar bilmirlər. KTMT-dən gözlənilən cavabı almayan Ermənistanın mövqe dəyişməsi bu ölkənin əsl mahiyyətini ortaya qoyur. Ermənilər öz problemlərini başqalarının ayağına yazmağa adət ediblər. Ancaq Rusiya Ermənistanın asanlıqla onun təsirindən çıxıb, Qərbə doğru meyillənməsinə icazə verməyəcək. Çünki Rusiyanın orada bir sıra bazaları var. Rusiyanın Ermənistanda "5-ci kolonu" kifayət qədər güclüdür. Qarabağ erməniləri və revanşistlər tamamilə Rusiyanın əlindədir. Lazım gəlsə, Rusiya Ermənistandakı "5-ci kolon" vasitəsilə indi anti-Rusiya mitinqindəki insanlardan qat-qat çox insanı meydana çıxara bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət