Rusiya bombaladı: 5 mülki öldü, 1 –i uşaqdı


Rusiya ordusunun Suriyanın şimal –qərbində keçirdiyi hərbi reyd zamanı 5 nəfər mülki vətəndaş həlak olub. 
“Sherg.az”“lefigaro.fr”ə istiandən xəbər verir ki, bu barədə Suriya insan haqlarının qounması üzrə müşahidə təşkilatından bildirilib. 
 Məlumata görə, hadisə Hələb vilayətinin qərbində Abin kəndində baş verib . Ölənlərdən birinin azyaşlı olduğu bildirilir. 

Qeyd edək ki, 2019-cu ilin dekabrından etibarən Bəşər Əsəd qüvvələri İdlibə aramsız hücumları başladıb. Əsəd qüvvələri paytaxt Dəməşqlə Hələb şəhəri arasında açar rolunu oynayan əraziləri ələ keçirməyə çalışır.