Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur
09:27 17.09.2024
Siyasət
343
Caliber.az sentyabrın 14-də "Böhran görüntüsü: Rusiya-Ermənistan-Qərb üçbucağında nələr baş verir" məqaləsində Rusiyanın Ermənistana silah tədarükünü bərpa etdiyini bildirib.
Oxu.az xəbər verir ki, bu gün nəşr bu məlumatın növbəti təsdiqini alıb.
Bildirilib ki, Moskva İrəvana böyük miqdarda "Smerç" reaktiv yaylım atəşi sistemi (YARS) üçün raketlərin göndərilməsinə başlayıb. Bu, təbii olaraq, Ermənistanın revanşist və təcavüzkar planlarını qızışdırır.
Rusiyanın Ermənistan ordusunu yenidən silahlandırması Moskva ilə İrəvan arasında "ciddi fikir ayrılıqları" fonunda baş verir ki, bu da əvvəllər qeyd edildiyi kimi, dünyanın, o cümlədən 2022-ci ildə Rusiya ilə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalayan Azərbaycanın da diqqətini yayındırmaq üçün oynanan siyasi tamaşadan başqa bir şey deyil.
Ermənistana Rusiya silahlarının tədarükünü diqqətlə gizlətmək cəhdlərinə baxmayaraq, Bakıda bu barədə yaxşı məlumatlıdırlar və müvafiq nəticələr artıq çıxarılıb.
"Smerç" YARS raketlərinin xüsusiyyətləri:
Raketin növü: 9M55K, 9M55F, 9M55S, 9M528 və s.
Raketin uzunluğu: təxminən 7,6 metr.
Kalibr: 300 mm.
Atış məsafəsi:
Minimum: 20 km
Maksimum: 70 km (standart raketlər üçün)
Modernləşdirilmiş raketlərlə: 90 km-ə qədər
Raketin çəkisi: təxminən 800 kq
Döyüş hissəsinin çəkisi:
Qəlpəli-fuqas raketlər: təxminən 243 kq.
Kasset raketlər: təxminən 280 kq.
Döyüş hissələrinin növləri:
Qəlpəli-fuqas
Kumulyativ-qəlpəli döyüş elementləri olan kassetli
Termik (yandırıcı)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət