
Rusiya hərbi-siyasi labirintdə! – “Bu ölkənin çökdürülməsi prosesi sürətlənir”
Rusiya hərbi-siyasi labirintdə! – “Bu ölkənin çökdürülməsi prosesi sürətlənir”
Yusif Nəzərli
14:31 10.10.2022
Siyasət
597
Avropa Komissiyası Rusiyaya qarşı yayınması mümkün olmayan yeni sanksiyalar paketi hazırlayıb. Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Tallindəki mətbuat konfransında deyib:
“Biz səkkiz sanksiya paketi hazırlamışıq və hər bir nümunədən onlardan yayınmaq üçün “boşluqların” necə bağlanacağını öyrənmişik. İndi biz bu yayınmaların qeyri-mümkün olması üçün tədbirləri nəzərdə tutan başqa bir paketlə çıxış edirik”.

Analitik Elçin Xalidbəyli Ursula fon der Lyayenin açıqlamasını “Sherg.az”a şərh edərkən bildirib ki, Rusiyaya qarşı buna qədər tətbiq olunan sanksiyalar hələ indi öz real təsirlərini göstərməyə başlayıb:
“İndiyə qədər Kreml əlində olan daxili resurslar hesabına beynəlxalq sanksiyalara tab gətirə bilirdi. Ancaq artıq ,o, özünün maliyyə-iqtisadi, eləcə də hərbi resurslarını ciddi şəkildə tükətməyə başlayıb. Onların əvəzinə isə yeniləri demək olar ki, gəlmir. Yəni Rusiya hazırda maliyyə-iqtisadi cəhətdən tam şəkildə sıxışdırılmış vəziyyətdədir. Bir müddətdən sonra bu ölkədə texnoloji problemlər böhranlı səviyyədə hiss ediləcək. Bütün bunlara əlavə olaraq, yayınılması mümkün olmayan yeni sanksiyaların tətbiq olunması isə Rusiyanın çökdürülməsi prosesini daha da sürətləndirə bilər.
Avropa Birliyi ölkələri də Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan ziyan çəkirlər. Ona görə də, onun daha da sıxışdılmasına cəhd göstərirlər. Bu yolla Kremlin nəhayət ki, geri çəkilməsinə nail ola biləcəklərinə ümid bəsləyirlər”.
Onun sözlərinə görə, Rusiyanın geri çəkiləcəyi hələlik o qədər də inandırıcı görünmür:
“Çünki rəsmi Moskva üçün demək olar ki, geri çəkilmək şansı buraxılmayıb. Əgər Kreml geri çəkilərsə, Rusiyanın ümumiyyətlə, mövcudluğu böyük təhlükə altına düşə bilər. Ona görə də, hazırda olduqca qəliz situasiya yaranıb və bu situasiya müəyyən mənada, "hərbi-siyasi labirint" təsiri bağışlayır. Çünki qarşıduran tərəflərdən heç birisi bu vəziyyətdən öz maraqlarını qorumaqla çıxmaq şansına sahib deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət