Rusiya ilə yaxınlaşma...
Rusiya ilə yaxınlaşma...
Yusif Nəzərli
12:25 16.05.2023
Siyasət
496
Qərb Gürcüstan üzərində təzyiqlərini artıracaq
Ya hakimiyyəti dəyişəcək, ya da öz qərarları ilə hesablaşmağa məcbur edəcək
Rusiyanın bir sıra hava yolu şirkətləri Gürcüstan və Rusiya arasında müntəzəm birbaşa uçuşlar həyata keçirmək məqsədilə Gürcüstanın Mülki Aviasiya Agentliyinə (MAA) müraciət edib. Agentliyin məlumatına görə, müraciətlə bağlı qərar hava yolu şirkətinin və onun təyyarələrinin beynəlxalq sanksiyalarla bağlı statusu detallı araşdırıldıqdan sonra qəbul ediləcək: "Gürcüstanın qətiyyətli mövqeyi bundan ibarətdir ki, Gürcüstanla Rusiya arasında uçuşlar yalnız sanksiyaya məruz qalmayan hava yolu şirkətləri və təyyarələr vasitəsilə həyata keçirilə bilər".
Qeyd edilib ki, Aviasiya Agentliyi hazırda Rusiya ilə birbaşa aviareyslər həyata keçirən, lakin eyni zamanda sanksiyalara riayət edən ölkələrin təcrübəsinin öyrənir və məsləhətləşmələr edir. Məlumat üçün bildirək ki, mayın 15-dən etibarən Gürcüstan vətəndaşları Rusiya ərazisinə vizasız səfər edə bilərlər. Prezident Vladimir Putinin fərmanı ilə Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv olunub. Eyni zamanda Rusiya aviaşirkətlərinə Gürcüstana uçmaq qadağası da aradan qaldırılıb. Ekspertlər bunu Moskvanın Tbilisi ilə yaxınlaşma cəhdi, həmçinin Gürcüstan hökumətinin Rusiyaya meyillənməsi kimi dəyərləndiriblər.
Politoloq Turab Rzayev "Şərq"ə açıqlamasında bildirib ki, Gürcüstanın mövcud hakimiyyəti uzun illərdir Rusiya ilə yaxınlaşma yolu seçib. Analitikə görə, təsadüfi deyil ki, Gürcüstan müxalifəti tez-tez indiki hakimiyyəti Rusiyaya yaxın olmaqda ittiham edirdi. Hakimiyyətin "xaç atası"nın rusiyalı oliqarx olduğunu gündəmə gətirirdi:
"Tbilisi hökuməti geostrateji istiqamətdə Rusiyaya yaxın addımlar atıb. Məsələn, Bakı-Tbilisi-Qars əvəzinə Abxaziya üzərindən dəmir yolunun açılmasını gündəmə gətirib. Rusiya ilə əlaqələrin bərpa olunmasını, sərhədlərin açılmasını müzakirəyə açıb və s. Məlumdur ki, Rusiya ilə Gürcüstan münasibətləri 2008-ci ildə baş vermiş müharibə və Cənubi Osetiya ilə Abxaziyanın "müstəqil dövlət" kimi tanınmasından sonra gərginləşib. Bidzina İvanaşvili hakimiyyəti isə bir sıra addımlarla Rusiya ilə yaxınlaşmağa çalışıb. Gürcüstanda qazpaylayıcı şəbəkənin SOCAR-dan alınaraq Rusiyaya verilməsi belə gündəmə gətirilib. Gürcüstan bir tərəfdən avroatlantik məkana inteqrasiyaya sadiq olduğunu bildirib, digər yandan Rusiya ilə əlaqələrin normallaşmasına çalışıb. Bu da haqlı olaraq Qərbdə Tbilisi hökuməti ilə bağlı suallar yaradır".
T.Rzayev vurğulayıb ki, viza rejiminin ləğv edilməsində Putinin məqsədi Gürcüstan hakimiyyəti ilə daha çox yaxınlaşmaqdır: "Kreml rəhbəri özünə bufer zona qurmaq, Qərbə qarşı cəbhə yaratmaq niyyətindədir. Gürcüstanın birmənalı Qərb blokunda yer alması Rusiyanın Qara dənizdən tamamilə çıxması deməkdir. Moskvanın nə qədər uğurlu olacağı Ukrayna ilə müharibənin nəticəsindən asılı olacaq. Qərb Gürcüstanın Rusiyaya meyillənməsini qəbul etmir və həm xəbərdarlıq edir, həm də təzyiqlər göstərir. O baxımdan Prezident Salome Zurabaşvili davamlı olaraq hökumətin əleyhinə açıqlamalar verir, onları tənqid edir. Ölkə daxilindəki qərbpərəst qüvvələr də Rusiya ilə əlaqələrin normallaşması istiqamətində atılan addımlara qarşı çıxırlar. Əgər Rusiya Ukrayna savaşında zəifləməyə davam edərsə, Qərb Gürcüstan üzərində təzyiqlərini artıracaq. Ya hakimiyyəti dəyişəcək, ya da öz qərarları ilə hesablaşmağa məcbur edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region
Zelenski ABŞ-yə dəvət olunduğunu açıqladı
16:50 23.07.2026
Dünya
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:49 23.07.2026
Gündəm
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:35 23.07.2026
Dünya
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - ŞƏRH
16:30 23.07.2026
Gündəm
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
15:51 23.07.2026
Dünya
Saakaşvili: Yeni plan qurulub, Gürcüstanda fəlakət qopacaq
15:24 23.07.2026
Gündəm
Azərbaycan və Çin Xəzərdə külək enerjisi layihəsini müzakirə edib
15:08 23.07.2026
Aktual
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub
14:57 23.07.2026
Mədəniyyət
Səhhəti pisləşən Ermənistan Prezidentinin son durumu açıqlandı
14:42 23.07.2026
Region
Aİ "Google"u 890 milyon avro cərimələyib
14:40 23.07.2026
Gündəm