
Rusiya Luqansk və Donetskə qoşun yeridir - FOTO
Yusif Nəzərli
09:10 22.02.2022
Siyasət
1519
Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində üsyançıların nəzarətində olan iki bölgən – Donetsk və Luqansk- “müstəqil dövlət” kimi tanıdıqdan sonra həmin ərazilərə qoşun yeritmək barədə göstəriş verib.
“Sherg.az” BBC-ə istinadən xəbər verir ki, gecə saatlarında yayılan görüntülərdə Rusiya hərbi maşınlarının Ukrayna sərhədinə doğru hərəkət etdiyi üzə çıxıb. Rəsmi Moskva bəyan edib ki, qoşunlar həmin bölgələrdə sülhü qoruyacaq. Lakin buna cavab olaraq, ABŞ həmin qoşunları “sülhməramlı” adlandırmağın “cəfəngiyyat” olduğunu bildirib.

Ağ Ev Kremlin Rusiyanı müharibə üçün bəhanə yaratmaqda ittiham edib. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının fövqəladə iclasında ABŞ səfiri Linda Tomas-Qrinfild Rusiyanın əsgərlərin “sülhməramlı” rol oynayacağına dair iddialarını rədd edərək, “Biz əslində onların nə olduğunu bilirik” deyib. O bildirib ki, Luqansk və Donetskin “müstəqil” şəkildə tanınması Rusiyanın Ukraynanı işğal etmək məqsədinin tərkib hissəsidir.
Ukrayna prezidenti Volodomir Zelenski baş verən hadisələrdən sonra ölkəsinin “heç nədən və heç kimdən qorxmadığını” açıqlayıb. Gecə yarısı televiziya ilə xalqa müraciət edən prezident V.Zelenski Ukraynanın beynəlxalq müttəfiqlərini onlara dəstək olmağa çağırıb:
“İndi bizim əsl dostumuzun və tərəfdaşımızın kim olduğunu görməyimiz çox vacibdir. Rusiya Federasiyası bizi sadəcə sözlərlə qorxutmağa davam edəcək”.
Böyük Britaniya da daxil olmaqla bir çox ölkələr bu addıma cavab olaraq Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi düşünür.
Çimnaz Şahlar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçilib
16:46 30.10.2026
Siyasət
Yeni qanun korrupsiyanın qarşısını ala bilməyəcək - Tural Abbaslı
16:39 30.10.2026
Aktual
Anar Əliyev Şuşada vətəndaşları qəbul edib
16:21 30.10.2026
Sosial
ADAU-da müəllimlərin kütləvi ixtisarı aparılıb
16:03 30.10.2026
Elm və Təhsil
Gəncədə yanğın-taktiki təlimi keçirilib
15:36 30.10.2026
Hadisə
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm