Sahibə Qafarova: "Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb"
17:54 29.07.2025
Siyasət
353
Milli Məclisin sədri Sahibə Qafarova Cenevrəyə işgüzar səfəri çərçivəsində Parlament Sədrlərinin VI Dünya Konfransında iştirak edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sherg.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Milli Məclisin sədri, bu konfransın parlament sədrlərinin təsirli və uğurlu dialoq platformasına çevrildiyini və parlamentlərarası əməkdaşlıq üçün gələcək gündəliyin müəyyən olunmasına kömək etdiyini bildirib. Spiker Sahibə Qafarova təəssüflə qeyd edib ki, son konfransdan bəri dünya bir sıra mənfi dəyişikliklərə məruz qalıb:
“Əvvəlki konfransda əsas diqqət COVID-19 və onunla necə mübarizə aparılması məsələlərinə yönəlmişdisə, bu gün qlobal problemlərin sayı, mürəkkəbliyi daha da artıb və onlar təxirəsalınmaz və qətiyyətli tədbirlər görülməsini tələb edirlər”. Sahibə Qafarovanın sözlərinə görə, bir çox hallarda əlaqələndirilmiş cavabların olmaması bu problemlərin daha da pisləşməsinə səbəb olur:
“Nəticədə bugünkü dünya daha da parçalanıb, gərginliklər daha da artıb, tərəqqi isə daha da azalıb. Bu narahatedici reallığın kökündə çoxtərəfliliyin əsasını təşkil edən səmərəli beynəlxalq əməkdaşlığın və həmrəyliyin aşınması dayanır. Biz yalnız kollektiv fəaliyyət və birgə məsuliyyət yolu ilə qlobal təhlükələrin öhdəsindən gələ biləcəyimiz anlayışından uzaqlaşırıq”.
Milli Məclisin sədri çıxışında BMT-də islahatlar mövzusuna da toxunaraq bildirib ki, BMT-nin mərkəzində dayandığı güclü və inklüziv çoxtərəfli sistem bütün problemlərə real və uzunmüddətli həlləri təmin etmək imkanına malikdir. Bununla belə, BMT sistemində effektiv şəkildə islahatların aparılması ilə bağlı müzakirələr hələ də davam edir.
Spiker Sahibə Qafarova vurğulayıb ki, hər hansı islahat yalnız bəzi dövlətlərin deyil, bütün ölkə və xalqların səsinin eşidildiyi sistemin yaradılması ilə nəticələnməlidir: “Beynəlxalq hüquq normaları və prinsipləri qorunmalı, ikili standartlar rədd edilməli, qəbul edilmiş qərarlar həyata keçirilməlidir. Yalnız bu şərtlər altında hamı üçün sülh, ədalət və rifahın təmin edilməsi məqsədlərinə nail olmaq mümkündür”.
Parlament diplomatiyasının artan əhəmiyyətindən danışan spiker Sahibə Qafarova qeyd edib ki, parlamentlərimizin çoxtərəfliliyə və əməkdaşlığa sadiq olduğunu görmək məmnunluq doğurur. Parlamentlərarası İttifaqın işində, o cümlədən bu Konfransda fəal iştirak ortaq baxışımızı və qətiyyətimizi əks etdirir.
Milli Məclisin sədri Parlamentlərarası İttifaqın BMT ilə sıx əməkdaşlığını və parlamentlərin səsinin qlobal müzakirələrdə eşidilməsi üçün göstərilən səyləri yüksək qiymətləndirib, bununla belə, daha çox işlərin görülməli olduğunu bildirib. O qeyd edib ki, milli parlamentlər çoxtərəfli sistemin əsas iştirakçılarından birinə çevrilməlidirlər. Çünki istənilən uğursuzluq, ilk növbədə xalqlarımıza təsir göstərir:
“Onların seçilmiş nümayəndələri olaraq, parlamentarilər çoxtərəfliliyin yenilənməsində birbaşa iştirak etməlidirlər. Bu, sistemi daha demokratik və həssas edəcək. Bu prosesdə atıla biləcək praktiki addımlardan biri vətəndaşlarımızın ehtiyac və maraqlarını daha yaxşı şəkildə əks etdirəcək islahatlarla bağlı parlamentlərarası dialoqun başladılması ola bilər”.
Spiker Sahibə Qafarova bildirib ki, hamı üçün sülh, ədalət və rifahın təmin edilməsi yalnız təsisatlar və razılaşmalarla məhdudlaşmır: “Bunun kökündə insanlar arasında etimad, inam və qarşılıqlı anlaşmanın yaradılması dayanır. Biz müxtəlifliyi ayırıcı xətt kimi deyil, bizi daha da yaxınlaşdıran faktor kimi qəbul etməliyik. Mədəniyyətlər arasında dialoqun təşviq olunması ümumi məqsədlərimizin həyata keçirilməsində güclü rol oynayır”.
Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə başlanan “Bakı Prosesi”nin bir parçası olan “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” BMT tərəfindən mədəniyyətlərarası dialoqun əsas qlobal platformalarından biri kimi tanınıb.
Spiker Sahibə Qafarova qeyd edib ki, ötən il may ayında keçirilən bu Forumun VI sessiyası çərçivəsində Azərbaycan parlamenti tərəfindən Parlamentlərarası Konfrans təşkil edilmişdir ki, bu da qeyd olunan sahədə aparılan müzakirələrdə parlament perspektivini təmin etmişdir. Bunu nəzərə alaraq, Milli Məclisin sədri mədəniyyətlərarası dialoq mövzusunu Parlamentlərarası İttifaqın gələcək gündəliyinə və fəaliyyətinə daxil etməyi təklif edib.
Oxşar xəbərlər
Avropa Komissiyasının Prezidenti: Regional əlaqələndirmə üzrə investisiya konfransının Bakıda keçirilməsini istəyirik
20:42 01.07.2026
Emi Karlon: Azərbaycanla strateji tərəfdaşlıq Cənubi Qafqazda sülh və inkişafı gücləndirəcək
20:24 01.07.2026
Lyayen: Azərbaycan nadir ölkələrdəndir ki, regional sabitliyi və inkişafı irəli apara bilər
20:17 01.07.2026
Xəbər lenti
Hamısına bax
Rütte: Ağ Ev Avropanın İran məsələsindəki mövqeyindən narazıdır
00:50 02.07.2026
Dünya
Venesuelada birhəftəlik matəm elan edildi
23:56 01.07.2026
Dünya
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm