Sanksiya siyasəti iflasa uğrayıb
Turan
02:22 26.05.2021
Siyasət
485
Avropa Birliyi anlamır ki, bu addımı ilə Belarus cəmiyyətini Qərbə qarşı qaldırır
Belaruslu müxalif bloger və fotoqraf, “Nexta” teleqram kanalının keçmiş rəhbəri Roman Protaseviç həbs edilib. Həbs əməliyyatı Protaseviçin Yunanıstandan Litva paytaxtına uçduğu təyyarə təcili Minsk aeroportuna enəndən sonra baş verib. Yerli medianın verdiyi məlumata görə, eniş səbəbi kimi təyyarəyə bomba yerləşdirilməsi göstərilib.
Əvvəlcə bildirilib ki, təyyarədə bomba var və axtarış aparılacaq. Daha sonra bomba məlumatının yalan olduğu üzə çıxıb. Əvəzində isə Belarusun ekstremist elan etdiyi Roman Protaseviç saxlanılıb. Protaseviç son zamanlar “Baş beynin Belarusu” teleqram kanalını idarə edirdi. Bir müddət Vilnusda yaşayan bloger Belarus müxalifətinin lideri Svetlana Tixanovskayanın komandasına daxil idi. Məlumat üçün bildirək ki, bloger Belarus hakimiyyəti tərəfindən terrorçular siyahısına daxil edilmiş və beynəlxalq axtarışa verilmişdi. Hazırda ona qarşı irəli sürülmüş ittihamlarla Protaseviçi ölüm cəzası gözləyir.
Protaseviçin həbsi ilə bağlı müxalifət lideri Svetlana Tixanovskaya bəyanatla çıxış edib. O bildirib ki, rejim teleqram kanalının redaktorunu cəzalandırmaq üçün təyyarədəki sərnişinlərin və bütünlüklə mülki aviasiyanı təhlükə altına qoyub:
“Bu gündən Belarus üzərindən uçan heç bir insan öz təhlükəsizliyindən əmin ola bilməz. Axı rejim etirazçıları ələ keçirmək üçün hava əlaqələri qaydalarından sui-istifadə edir”. Məlum olaydan sonra dünyanın bir neçə hava nəqliyyatı şirkəti Belarusa uçuşları müvəqqəti dayandırıb.
“Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz bildirib ki, bir bloger bütün Qərbi Belarusa qarşı birləşdirib. Ekspert deyib ki, bomba səbəbi ilə yerə endirilən təyyarədən partlayıcı tapılmayıb. Əvəzində Belarus üçün daha dəhşətli bombaya çevriləcək hadisələr yaşanmaqdadır:
“Bütün Avropa ölkələrinin rəhbərləri, ABŞ rəsmiləri baş verənlərlə bağlı sərt mövqe sərgiləyiblər. Avropanın bütün aviaşirkətləri Belarus üçün hava məkanını bağlayıb. Belarus üzərindən də uçuşlar həyata keçirilməyəcək. Minskə qarşı daha sərt sanksiyalar hazırlanır. Terrorçu iddiası ilə həbs olunan Roman Protaseviç isə adi teleqram kanalının sahibi olub. Ötən ilin prezident seçkilərində onun kanalı Belarusda etiraz mitinqlərinin təşkilində müstəsna rol oynayıb. Yəni belə demək mümkünsə, Protaseviçin “NEXTA” teleqram kanalı etiraz mitinqlərinin virtual təşkilat komitəsi olub”.
O.Gündüzün sözlərinə görə, baş verən hadisə mülki aviasiya qaydalarına ciddi dəyişiklikləri gündəmə gətirəcək:
“Belə çıxır ki, hansı ölkə istəsə öz səmasında uçan jurnalisti və ya blogeri, müxalifətçini tutmaq üçün istənilən təyyarəni yerə endirə bilər. Absurd vəziyyətdir. Diqqət çəkən məqam ondan ibarətdir ki, bu dəfə “Batya”ya qarşı bütün Avropa və Amerika kordinasiyalı formada, qabaqcadan birgə razılaşdırılmış addımlarla fəaliyyətə başlayıblar. 30 ildir ki, Avropa ilə dirəşən Lukaşenko bu sanksiyalara tab gətirəcəkmi?”.
REAL partiyasının sədr müavini Natiq Cəfərli isə vurğulayıb ki, Lukaşenko onsuz da Avropa Birliyi ölkələrinə getmir, həmçinin, belaruslu məmurların da çoxuna əvvəldən sanksiyalar var:
“Yaxşı, bəs Avropa bu addımla kimi cəzalandırır? Sadə belarusları, ölkə vətəndaşlarınımı?! Bəlkə ölkədə təqiblərdən Avropaya qaçmaq istəyənlər var? AB anlamır ki, bu addımı ilə Belarus cəmiyyətini Qərbə qarşı qaldırır. Ümumiyyətlə, Rusiya və Belarusun atdığı addımlara Qərbin verdiyi qeyri-adekvat reaksiya anlaşılan deyil. Belə yarımçıq və düşünülməmiş qərarlarla bütün postsovet məkanının Qərbdən gözləntiləri azalır. Moskvanın ərtaf ölkələrə təzyiqi daha da stimullaşır. Sanksiya siyasəti tam iflasa uğrayıb, bunu anlamaq lazımdır. Sanksiyalar rejimlərin daha çox qapanmasına, xarici düşmən obrazının yaradılmasına səbəb olur”.
Xəbər lenti
Hamısına bax
Çıxarış olmadan mənzil alanlara xəbərdarlıq
08:11 21.06.2026
İqtisadiyyat
“Google”dan yeni layihə - Köhnə telefonları yenidən faydalı edəcək
07:09 21.06.2026
Dünya
ABŞ narkotik kartellərinə zərbələri davam etdirmək niyyətindədir
05:36 21.06.2026
Dünya
4 yaşlı oğlunu qucağına alıb 8-ci mərtəbədən atladı
04:23 21.06.2026
Hadisə
Futbolçu meydanda oyun zamanı öldü - FOTO
03:27 21.06.2026
Hadisə
Azərbaycanda ilk dəfə Beynəlxalq Tanqo Festivalı keçirilib
01:44 21.06.2026
Mədəniyyət
Şahbaz Şərif ABŞ-İran danışıqları üçün İsveçrəyə səfər edib
01:05 21.06.2026
Gündəm
Şotlandiyada baltalı şəxs hücum etdi: yaralılar var
00:31 21.06.2026
Dünya
Polşa Prezidenti: Zelenski bizim "qırmızı xəttimiz"i keçib
23:40 20.06.2026
Dünya
DÇ-26: Niderland İsveçi darmadağın etdi
23:21 20.06.2026
Futbol
Gəncədə 67 yaşlı qadının meyiti tapıldı
22:32 20.06.2026
Hadisə
Ağstafaya dolu düşdü
22:21 20.06.2026
Ekologiya
Müharibə əsla dayanmayacaq, İsrail bu razılaşmanı pozacaq - ŞƏRH
21:56 20.06.2026
Gündəm