Spiker Mərakeş Nümayəndələr Palatasının sədri ilə görüşdü
Yusif Nəzərli
17:38 16.05.2023
Siyasət
483
Spiker Sahibə Qafarova mayın 16-da Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasında iştirak üçün Azərbaycanda səfərdə olan Mərakeş Krallığının Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami ilə görüşüb.
Milli Məclisdən verilən məlumata görə, Sahibə Qafarova qonağı salamlayaraq, Azərbaycan parlamentinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında iştirak etdiyinə görə ona təşəkkürünü bildirib. Azərbaycanın Mərakeş ilə əlaqələrin inkişafına böyük önəm verdiyini deyən spiker Sahibə Qafarova ortaq dini və mədəni dəyərlərimizin ölkələrimiz arasında əlaqələrə müsbət təsir göstərdiyini bildirib.
Sahibə Qafarova diplomatik münasibətlərimizin qurulmasının keçən il 30 illiyinin qeyd olunduğunu xatırladaraq, Ulu Öndər Heydər Əliyevin dövlətlərimiz arasında əlaqələrin inkişafındakı rolundan danışıb.
Siyasi, iqtisadi, mədəni sahələrdə, həmçinin parlamentlərarası əlaqələrdə münasibətlərin dərinləşdirilməsi, əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanlarından söz açan spiker Sahibə Qafarova Mərakeşin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin işində fəal iştirakını yüksək qiymətləndirib. O, parlament əlaqələrinin ölkələrimiz arasında münasibətlərin inkişafına mühüm və müsbət təsirindən bəhs edib, bu istiqamətdə dostluq qruplarının əməkdaşlığının, parlamentarilərimizin beynəlxalq təşkilatlarda birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
Mərakeş Krallığının Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasına dəvətə və göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür edib. Raşid Talbi El Alami Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü işləri yüksək qiymətləndirdiklərini bildirib. Qonaq deyib ki, vaxtilə Heydər Əliyevin əsasını qoyduğu siyasətin, gördüyü işlərin bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycanın indiki inkişaf səviyyəsinə çatması, həyatın bütün sahələrində nailiyyətlər əldə etməsi və qüdrətli dövlətə çevrilməsi onu sevindirir. Sonra qonaq ikitərəfli münasibətlərin və parlamentlərarası əlaqələrin inkişafı perspektivləri ilə bağlı fikirlərini bölüşüb.
Görüşdə tərəflər bir-birinin ərazi bötövlüklərini qarşılıqlı şəkildə dəstəklədikləri haqqında fikirlərini ifadə ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region
Zelenski ABŞ-yə dəvət olunduğunu açıqladı
16:50 23.07.2026
Dünya
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:49 23.07.2026
Gündəm
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:35 23.07.2026
Dünya
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - ŞƏRH
16:30 23.07.2026
Gündəm
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
15:51 23.07.2026
Dünya
Saakaşvili: Yeni plan qurulub, Gürcüstanda fəlakət qopacaq
15:24 23.07.2026
Gündəm
Azərbaycan və Çin Xəzərdə külək enerjisi layihəsini müzakirə edib
15:08 23.07.2026
Aktual
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub
14:57 23.07.2026
Mədəniyyət
Səhhəti pisləşən Ermənistan Prezidentinin son durumu açıqlandı
14:42 23.07.2026
Region