Sülh sazişinin yubadılmasına səbəb olan faktor... - Politoloq açıqladı
Yusif Nəzərli
12:50 31.10.2021
Siyasət
705
"İkinci Qarabağ müharibəsi sonrası regionda yeni geosiyasi konfiqurasının, reallıqların meydana gəlməsi region dövlətlərinin xarici və daxili siyasətlərinə yenidən baxmağı zəruri edir".
Bu fikirləri "Sherg.az"a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Ramid Hüseynov deyib.
Onun sözlərinə görə, dövlətlərin suveren bərabərliyi, qarşılıqlı anlaşma, beynəlxalq hüquq normaları çərçivəsində davranması vacib faktor kimi çıxış edir:
"Bölgədə demokratikləşmənin və insan hüquq və azadlıqlarının təmin edilməsinin dönməz xarakter alması əksər region ölkələrindən özlərinin daxili siyasətlərini getdikcə daha praqmatik əsasda qurmağı tələb edir. İmperalist, ekspansionist maraqların davam etdirilməsinin, münaqişələr və hərbi güc yolu ilə dövlətlərin idarə edilməsinin, onlara edilən yardımların qeyri-qanuni yollarla həyata keçirilməsinin, qeyri-demokratik prinsiplərə istinad olunmasının səmərəsiz olduğu müşahidə olunur. Bunun həm də həmin dövlətlərin özləri üçün ciddi problemə çevrildiyi aydın görünür.
Regionda geosiyasi güclərin “dəstəklədiyi və himayə etdiyi” separatçı, terrorçu qüvvələrin hələ də qalmaqda davam etməsi, “sülhməramlı”ların xilaskar imicinin qorunub saxlanılmasına xidmət etdiyi tədricən açıq-aşkar özünü birüzə verir. Başqa sözlə, sülh sazişinin bağlanılması, problemin birdəfəlik həlli, regional sülhün, təhlükəsizliyin bərqərar olması istər regiona, istərsə də konkret ölkələrə olan münasibətdə region güclərinin geostrateji məqsədlərinə ziddiyyət təşkil etdiyi hiss olunur".
R.Hüseynov qeyd edib ki, sülh sazişinin imzalanmasının region dövlətləri üçün böyük imkanlar açacağı narahatçılığı onun yubadılmasına səbəb olur:
"Region dövlətləri arasında iqtisadi-siyasi münasibətlərin formalaşması, kommunikasiya əlaqələrinin bərpası, demokratik idarəetmə və qərbə inteqrasiya imkanlarının genişlənməsi, dünya dövlətləri ilə iqtisadi-siyasi-hərbi sahədə əməkdaşlığının dərinləşməsi nəticə etibarilə regional güclərin nəzarət imkanlarının zəifləməsinə gətirib çıxaracağı düşüncəsini yaradır.
Amma beynəlxalq geosiyasi proseslərin dəyişən təbiəti, yeni reallıqlar dövlətləri ənənəvi prinsiplərdən əl çəkməyə və siyasətlərini, dövlətlərlə münasibətlərini müasir qaydalara uyğun qurmağa məcbur olacaqları qaçılmazdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransada evdə yeni doğulmuş beş körpənin qalıqları tapılıb
21:50 28.07.2026
Dünya
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət