Türkiyə Ali Hərbi Şurasının toplantısı başlayıb
09:41 04.08.2021
Siyasət
463
“Türkiyə Silahlı Qüvvələri ölkə daxilində və xaricində qazandığı uğurlarla millətimizin özünə inamını artıraraq əməliyyatlarını davam etdirir”.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ali Hərbi Şuranın avqustun 4-də keçirilən toplantısından əvvəl Anıt qəbiri ziyarəti zamanı xatirə kitabına yazıb.
"Əziz, Atatürk, Ali Hərbi Şuranın üzvləri olaraq, 2021-ci il toplantısı münasibətilə bir daha sizin hüzurunuzdayıq. Türkiyə Cümhuriyyətini göstərdiyiniz kimi müasir sivilizasiyaların səviyyəsinə qaldırmaq üçün mübarizəmizi davam etdiririk. Bütün dünyanı koronavirus pandemiyasının bürüməsinə baxmayaraq, Türkiyə iqtisadiyyatdan müdafiəyə, istehsalatdan səhiyyəyədək bir çox istiqamətdə əhəmiyyətli uğurlara imza atır. Bu müddətdə Türkiyə Silahlı Qüvvələri ölkə daxilində və xaricində qazandığı uğurlarla millətimizin özünə inamını artıraraq əməliyyatlarını davam etdirir”, - o qeyd edib.
Məlumata görə, Şuranın iclasında yaş məhdudiyyətinə əlavə olaraq hələ də gözləmə müddətini tamamlamayan Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Yaşar Gülərin vəzifəsinə davam etməsi gözlənilir. Bildirilib ki, vəzifə müddəti və yaş həddini tamamlayan Quru Qoşunlarının komandanı general Ümit Dündarla bağlı vəziyyət qiymətləndiriləcək. Şuranın ötən il keçirilən toplantısında səlahiyyət müddəti bir il uzadılan Hərbi Hava Qüvvələrinin komandanı Hasan Küçükakyüz və Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Adnan Özballa bağlı da qərarın veriləcəyi gözlənilir.
Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi toplantıda vitse-pezident Fuat Oktay, milli müdafiə, ədliyyə, xarici işlər, daxili işlər, xəzinə və maliyyə, milli təhsil nazirləri, Baş Qərargahın rəisi və başqa komandanları iştirak edirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əhməd Davudoğlu siyasətdən getdiyini açıqlayıb
22:34 29.07.2026
Gündəm
"Lobbilər ABŞ-Türkiyə münasibətlərini hədəfə alıb" - Ali Satan
21:33 29.07.2026
Gündəm
İran Ukraynaya cavab versə, böyük diplomatik səhv olar - Politoloq
21:18 29.07.2026
Gündəm
Qazaxıstan və ABŞ strateji tərəfdaşlığı müzakirə edib
21:05 29.07.2026
Dünya
Ukrayna Rusiya ərazilərinə bu yolla zərbələr endirib - FT
20:53 29.07.2026
Dünya
Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olunub
20:22 29.07.2026
Siyasət
Esmira Cəfərova Macarıstana səfir təyin edilib
20:09 29.07.2026
Rəsmi
Brahim Diaz "Milan"a qayıda bilər
20:02 29.07.2026
Futbol
AKP 25 illik yubiley loqosunu təqdim etdi
19:25 29.07.2026
Gündəm
ABŞ-nin neft ehtiyatları 7,2 milyon barel azalıb
19:15 29.07.2026
İqtisadiyyat
İran KİV: ABŞ-Səudiyyə zərbələri nəticəsində 4 SEPAH hərbçisi ölüb
19:07 29.07.2026
Dünya
İstanbulda rus turisti küçədə təqib edən şəxs saxlanıldı
18:58 29.07.2026
Hadisə
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
18:40 29.07.2026
Dünya
Yaponiyada 5,4 bal gücündə təkrar zəlzələ baş verib
18:18 29.07.2026
Dünya