Türkiyə Cənubi Qafqazda artan rolundan imtina etməyəcək - Ekspert
08:35 14.05.2023
Siyasət
574
"Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan Vaşinqtonda görüşdülər, dövlət katibi Entoni Blinkenin iştirakıyla 4 gün müzakirələr apardılar".
"Sherg.az"ın xəbərinə görə, bu barədə politoloq Elxan Şahinoğlu deyib.
Ekspert bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə görüşəcək:
"17 gün sonra iyunun 1-də Moldova paytaxtı Kişinyovda Avropa Siyasi İcması toplantısı çərçivəsində müzakirələri davam etdirəcəklər. Bu gedişat ABŞ və Avropa İttifaqının Cənubi Qafqazda möhkəmlənməsinə işarədir. Əlbəttə, Vaşinqton və Brüsselin vasitəçiliyi Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını sürətləndirmir. Ancaq bu iki formatda dialoqun davamı Cənubi Qafqazın gələcəkdə necə şəkillənəcəyinə işarədir. Cənubi Qafqaz Rusiyanın arxa baxçası olmamalıdır. Türkiyədə köhnə və ya yeni prezident də ölkəsinin Cənubi Qafqazda artan rolundan imtina etməyəcək, Şuşa bəyannaməsi çərçivəsində Azərbaycanla ittifaqı gücləndirmək siyasətinə üstünlük verəcək. Bu Azərbaycanla qardaş bağlılığı ilə yanaşı Türkiyənin milli və təhlükəsizlik maraqlarından da irəli gəlir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: İrana qarşı əvvəlkindən daha böyük hücum planlaşdırıram
20:41 23.07.2026
Dünya
İranın "Türkiyə möhkəm dayandı" mesajının şifrəsi - TƏHLİL
20:26 23.07.2026
Gündəm
Tramp İrana yeni hücumun anonsunu verdi - ANALİZ
20:21 23.07.2026
Gündəm
İran rejimi daxildən dağılma mərhələsinə daxil olub - Analitik
19:43 23.07.2026
Gündəm
Əraqçi Qırğızıstana yollanıb
19:20 23.07.2026
Dünya
Avropada benzinin qiyməti qalxdı
19:03 23.07.2026
İqtisadiyyat
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
18:55 23.07.2026
İnfrastruktur
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region