Üçtərəfli görüşə aid olan sənəd rəsmi Bakının təkidi ilə redaktə edildi - FOTO
Üçtərəfli görüşə aid olan sənəd rəsmi Bakının təkidi ilə redaktə edildi - FOTO
Yusif Nəzərli
13:50 11.10.2022
Siyasət
521
Bir sıra “Telegram” kanallarında Azərbaycan və Ermənistan arasında bütün münaqişə məsələlərinin yekun həlli üçün tərəflərin atacaqları addımların təfərrüatları ilə bağlı sənəd dərc edilib.
Amma məlum oldu ki, internetdə yerləşdirilən sənəd məhz qaralamadır, son variantda Azərbaycan tərəfinin təkidi ilə Qarabağla bağlı bəzi məsələlər və ifadələr fərqlənir.
Sənədin “Telegram” kanalları tərəfindən dərc edilmiş qaralama variantında üçüncü abzas aşağıdakı redaktədə təqdim edilib:
“Azərbaycan hökuməti Dağlıq Qarabağda rezident şəxslərin hüquqlarını və təhlükəsizliyini müzakirə etmək üçün Dağlıq Qarabağın etnik erməni icmasının analoji nümayəndəsi ilə işləmək üçün nümayəndə təyin edəcək. Nümayəndələr müzakirələrin beynəlxalq ictimaiyyət üçün şəffaf olmasını təmin edəcəklər. Tərəflər həmçinin Dağlıq Qarabağdakı azlığın müdafiəsinə etimadı təmin etmək üçün Azərbaycanın suverenliyinə xələl gətirmədən beynəlxalq müşahidəçilərin rolunu nəzərdən keçirməyə davam edəcəklər”.
Amma sonra rəsmi Bakının təkidi ilə sənədin razılaşdırılmış yekun variantında mətn aşağıdakı kimi dəyişdirilib:
“Azərbaycan hökuməti Qarabağ sakinlərinin hüquq və təminatlarını müzakirə etmək üçün Qarabağın etnik erməni icmasının analoji nümayəndəsi ilə işləmək üçün nümayəndə təyin edəcək. Nümayəndələr beynəlxalq ictimaiyyət üçün müzakirələrin şəffaflığını təmin edəcəklər. İştirakçılar Qarabağdakı azlıq qruplarının müdafiəsinə etimadın təmin edilməsi üçün Azərbaycanın suverenliyinə xələl gətirmədən məsləhət əsasında beynəlxalq tərəfdaşların rolunu nəzərdən keçirəcəklər”.
Beləliklə, yekun sənəddə ən əsas və prinsipial dəyişiklik əslində Azərbaycanın Qarabağ üzərində suverenliyinin danılmazlığını bir daha vurğulayan “məsləhət əsasında” ifadəsinin əlavə edilməsidir.
Yəni məhz rəsmi Bakı qərarları özü bildiyi kimi verəcək, Azərbaycan hakimiyyətinin bu və ya digər təklifi məqsədəuyğun hesab edib-etməməsindən asılı olaraq digər tərəflərin “məsləhətçi” rəyi nəzərə alına da, alınmaya da bilər.
Sənədin yekun variantında tərəflər arasında, Azərbaycan siyasi leksikonunda “Dağlıq Qarabağ” bölgəsinin “Qarabağ” adlanması ilə bağlı istinad da əlavə edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət