Ukrayna Avropa İttifaqında! – “...Rusiya bacarmadı”
Yusif Nəzərli
14:53 01.03.2022
Siyasət
647
“İndi Qərb Rusiyaya təzyiqi gücləndirməklə onu masada əyləşməyə vadar edə bilər”
“Rusiyanın Ukraynaya hücumunda əsas iddialarından biri də budur ki “mən Avropaya hücum etmirəm”
“Bu qərarla da Qərb bir növ Ukraynanı Avropa kimi göstərib onun iddiasını əsassız edir”
Avropa Parlamenti Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması üçün müraciətini qəbul edib.Bu barədə Avropa Parlamentinin iclasının onlayn yayımında bildirilib.Qeyd olunub ki, Avropa parlamentariləri qəbulla bağlı xüsusi üzvlük prosedurunu işə salıblar.
Siyasi şərhçi Asif Nərimanlı Ukraynanın indiki halda Aİ-na üzv olmasından “sherg.az ”a danışarkən bildirib ki,burda əsas məqsəd Ukraynanı Rusiya işğalından qorumaqdır:
“Proses Rusiya işğalını dayandırmağa hesablanıb.Rus ordusu tam olaraq Ukraynadan çıxarılmasa belə bu qoşunların daha da irəliləməsinin qarşısını ala bilər. Rəsmi Moskva hücuma keçdikdən sonra bütün Qərb cəbhəsi anti-rus koalisiyasında birləşsə də, rəsmi şəkildə bu müharibədə Ukrayna tərəfdən iştirak edə bilmir. Onlar yalnız qeyri-rəsmi formada nələrsə etməyə çalışırlar. Qərb Ukraynanın yanında olmaqla Rusiyaya birbaşa Avropa ilə mübarizə apardığını göstərib onu çəkindirməyə çalışır”.
Analitik diqqətə çatdırıb ki, Avropada hələ də Rusiya-Ukrayna müharibəsində Ukraynanı müdafiə etməkdən çəkinən ölkələr var. Bu proseslə Avropa həm də Qərbdə anti-rus cəbhəsini tamamlayır:
“Ola bilsin ki, Rusiya bundan sonra hərbi müstəvidə müəyyən bir nəticə əldə etsin. Amma o siyasi müstəvidə bunu bacarmadı. İndi Qərb Rusiyaya təzyiqi gücləndirməklə onu masada əyləşməyə vadar edə bilər. Rusiyanın Ukraynaya hücumunda əsas iddialarından biri də budur ki “mən Avropaya hücum etmirəm”. Bu qərarla da Qərb bir növ Ukraynanı Avropa kimi göstərib onun iddiasını əsassız edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rumıniya rusiyalı diplomatı ölkədən çıxarır
18:16 27.07.2026
Dünya
Dələduzlar artıq "WhatsApp" üzərindən ov edir - EKSPERT RƏYİ
18:11 27.07.2026
Aktual
Rumıniya Moskvadakı səfirini geri çağırıb
17:48 27.07.2026
Dünya
Bakıda güclü külək nəticəsində 4 nəfər xəsarət alıb
17:30 27.07.2026
Hadisə
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya